Sosial

“Körpələr ölməsin”

20 Oktyabr, 2020
596
Oktyabrda üç dəfə raket zərbəsinə məruz qalan Gəncədə analar narahatdır. Onlar övladlarını itirməkdən qorxurlar. Təkcə oktyabrın 17-də raket zərbəsindən 3 azyaşlı ölüb, iki uşaq itkin düşüb, 5 azyaşlı yaralanıb. 

Bundan sonra uşaqlarını Gəncədən çıxaranlar olub.
 
"Toplum TV”-yə danışan Gəncə sakinlərinin sözlərinə görə, şəhərdən gedənlər də var, qalanlar da.
 
Şəhər sakini Ceyhunə Həsənli deyir ki, bir neçə uşaqlı ailə Gəncədən çıxıb: "Qonşuluğumuzdakl 5-6 evdə uşaqlı ailələr yaşayırdı, onlar artıq gediblər”.

Uşaqları qorumaq üçün kampaniya 

Gəncədəki uşaqlarları ölümdən qorumaq üçün oktyabrın 17-də kampaniyaya start verilib.
 
Kampaniyanın təşəbbüskarı jurnalist, Ana Vətən Partiyasının  sədr müşaviri Jalə Mütəllimovadır.

Onun sözlərinə görə, artıq bir neçə ailəyə müəyyən köməklik göstərilib: "Həmin gün səhərə qədər oturub canlı efiri izləyirdik. Ürək dağlayan mənzərələr vardı, dağıntıların arasından cəsədləri çıxarırdılar. Böyüklər daha dözümlü,  psixoloji baxımdan daha stabildirlər; körpələr üçünsə bu travmadır. Bilirəm ki, Gəncə camaatı mərddir, onlar şəhərdən çıxan deyillər. Ona görə də təşəbbüslə çıxış etdim ki, uşaqlarını bizlərə əmanət etsinlər. Müraciət edənlər oldu, amma kömək edə bilmədiklərimiz də oldu. Sonra sakinlərə Gəncədə lazımi dəstək verməyə başladılar, dövlətimiz onların yanındadır”.

Azərbaycan Yüksəliş  Partiyasının həmtəsisçisi, jurnalist Aygün Muradxanlı da kampaniyaya qoşulanlardandır. Onun sözlərinə görə, əlaqə saxladığı gəncəlilər dəstək təklifini qəbul etməyiblər:"Gəncəyə sonuncu raket zərbəsindən sonra həlak olan soydaşlarımızın sayı artdı. Düşündük ki, ola bilsin, əhali şəhərdən çıxmaq istəsin. Ən azı uşaqlar və qadınlar çıxmaq istəyə bilərlər. Buna görə də Gəncədə jurnalist həmkarlarımla birlikdə sakinlərə müraciət etdik; kimsə uşağını təhlükəsiz yerə köçürmək istəyirsə, yardıma hazırıq, Bakıda  yerləşdirə bilərik dedik. Amma ünsiyyətdə olduğumuz ailələrin hamısı imtina etdi”. 

Oktyabrın 17-si gecə saatlarında Ermənistan hərbi birləşmələrinin raket zərbələri nəticəsində Gəncədə 16 nəfər həlak olub, 52 yaralanıb.

Zərifə Novruz

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo