15:13, 17 Noyabr 2020 (Çərşənbə axşamı) 91

Lavrov: "BMT-nin Qarabağ prosesinə qoşulacağını gözləyirik"

Lavrov:


/ DÜNYA
Moskva Beynəlxalq Qırmızı Xaç Komitəsinin ardınca BMT qurumlarının Qarabağdakı humanitar problemlərin həlli prosesinə qoşulacağını gözləyir. Bunu noyabrın 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib. 

"Biz başda BMT olmaqla, digər beynəlxalq humanitar təşkilatların da prosesə qoşulacağını gözləyirik. Mən qaçqınlarla iş üzrə Ali komissarlığı nəzərdə tuturam. Humanitar məsələlərin koordinasiyası işi və əlbəttə ki, Dağlıq Qarabağda mədəni mirasın qorunması məsələsi kəksin şəkildə gündəlikdə qalmaqdadır. Burada UNESKO öz rolunu oynaya bilər", - Lavrov deyib. 

Nazir Beynəlxalq Qırmzı Xaç Komitəsinin regionda artıq çoxdan fəaliyyət göstərdiyini və onun təcrübəsinin başqa təşkilatlar üçün də faydalı ola biləcəyini deyib. 

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınması ölkəsi üçün prioritet məsələdir” bəyanatının Qarabağla bağlı üçtərəfli razılaşmaya zərbə vurmur?” sualına cavab verərkən Lavrov bildirib ki, Rusiya hazırda imzalanan bəyanatın dəyişdirilməsi istiqamətində hansısa cəhdlər görmür.

"Rusiya verdiyi sözlərin arxasındadır. Əgər düz başa düşürəmsə, Ermənistanda hazırda mürəkkəb müzakirələr gedir. Ölkələrinin maraqlarını dəstəkləmək üçün 17 partiya birləşib. Onlar birmənalı olaraq bu bəyanatın həyata keçirilməməsinə çalışacaqlarını bəyan ediblər. Söhbət bundan gedir. Hər şeyi edəcəyik ki, belə cəhdlər baş verməsin və bütün hallarda uğurla nəticələnməsin”, - deyə Rusiya XİN başçısı vurğulayıb.