11:56, 21 Noyabr 2020 (Şənbə) 86

Lavrov və Şoyqu Ermənistandadır

Lavrov və Şoyqu Ermənistandadır


/ DÜNYA
Rusiya xarici işlər naziri Sergey Lavrov Yerevana işgüzar səfərə gedib.

Bu barədə noyabrın 21-də "Sputnik Armeniya" xəbər verib.

Xəbərdə deyilir ki, Lavrovun danışıqlarının gündəliyinə ikitərəfli əməkdaşlıq və xarici siyasət əlaqələrinin geniş spektri daxildir.

Regional təhlükəsizlik məsələləri, o cümlədən Dağlıq Qarabağ nizamlanması perspektivləri də nəzərdən keçiriləcək.

Həmçinin Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorgyan noyabrın 21-də "RİA Novosti"yə bildirib ki, Şoyqu artıq Paşinyanla görüşdədir.