15:54, 23 Mart 2020 (Bazar ertəsi) 471

Lerikdə yol uçdu, rayon mərkəzi ilə əlaqə kəsildi - FOTO

Lerikdə yol uçdu, rayon mərkəzi ilə əlaqə kəsildi - FOTO
Bu gün Lerik rayonunun mərkəzi ilə Nuravud, Zərdəbərə və Sorsçay kəndlərini birləşdirən avtomobil yolunda uçqun baş verib.
 


Hadisə nəticəsində rayon mərkəzilə gediş-gəliş kəsilib.

Bu barədə hazırda Toplum tv-nin ərazidə olan əməkdaşı xəbər verib.
 


Məlumata görə, hazırda yol idarəsinin rəisi ərazidədir və yolun açılması üçün lazımi texnikanın gətiriləcəyini deyib.

Azər Rəşidov
Lerik-Bakı-Lerik