Siyasət

Livanda hökumət istefaya gedib

11 Avqust, 2020
921
Diab şənbə günü erkən parlament seçkiləri tələb edəcəyini əlavə edib

Livanın Baş naziri bazar ertəsi günü hökumətinin istefaya getdiyini elan edərək paytaxtı viran edən və ictimai qınağa səbəb olan partlayışın korrupsiyanın nəticəsi olduğunu deyib, - "Reuters” xəbər verir.

Avqustun 4-də 2,000 tondan çox ammonium nitrat olan anbarda baş verən partlayış ən azı 163 nəfərin ölümünə, 6,000-dən çox insanın yaralanmasına səbəb olub.

Televiziyadan müraciət edən Baş nazir Hassan Diab livanlıların "bu cinayət”dən məsul olan şəxslərin cəzalandırılmasıyla bağlı çağırışlarını dəstəklədiyini bildirib.

Diab İran tərəfindən dəstəklənən Hizbullahın və onun müttəfiqlərinin dəstəyi ilə qurulmuş Nazirlər Kabinetinin bazar ertəsi günü toplantısından sonra açıqlama verib və qeyd edib ki, nazirlərin əksəriyyəti istefa etmək istədiklərini dilə gətirib.

Diab şənbə günü erkən parlament seçkiləri tələb edəcəyini əlavə edib.

Mərkəzi Beyrutda nümayişlər yenidən baş qaldırıb. Bəzi etirazçılar gözyaşardıcı qazla müdaxilə etməyə çalışan və parlament binasına gedən giriş yolunun keşiyində duran təhlükəsizlik qüvvələrinə daş atmaqla cavab verib.

"Bütün rejim dəyişməlidir. Yeni hökumət heç nəyi dəyişməyəcək”,- Beyrutlu mühəndis Joe Haddad "Reuters”-ə bildirib. "Bizdə ən qısa zamanda seçki keçirilməlidir”.

Bir çox livanlı üçün partlayış iqtisadiyyatın çökməsi, korrupsiya, və disfunksiyalı idarəetmənin nəticəsi olan siyasi böhranın son damlası olub, -"Reuters” bildirib

Məlumat və ətraf mühit nazirləri bazar günü istefaya gediblər. Bir sıra millət vəkilləri o cümlədən Ədliyyə naziri də bazar günü istefa edib. Livanın maliyyə böhranından çıxmasına kömək etmək üçün Beynəlxalq Valyuta Fondu ilə danışıqlar aparan Maliyyə naziri Ghazi Wazni istefaya gedib, - ona yaxın mənbə "Reuters”ə bildirib.

Livan prezidenti daha əvvəl partlayıcı maddənin illərlə limanda saxlandığını deyib. Daha sonra istintaqın partlayışın səbəbinin xarici müdaxilə, yaxud səhlənkarlıq və ya qəza olub-olmadığını araşdıracağını deyib.

meydan.tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo