11:27, 12 Yanvar 2020 (Bazar) 86

Liviya Milli Razılıq Hökumətinin başçısı bu gün Ərdoğanla görüşəcək

Liviya Milli Razılıq Hökumətinin başçısı bu gün Ərdoğanla görüşəcək


/ DÜNYA
Liviya Milli Razılıq Hökumətinin başçısı Faiz Saraj Türkiyəyə səfər edəcək.

Bu barədə "Anadolu” agentliyi xəbər verir.

Bildirilir ki, səfər bu gün baş tutacaq. Onun İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır.

Görüş Liviyada münaqişə edən tərəflər arasında atəşkəsin elan edilməsi fonunda keçiriləcək.

BMT Faiz Sarajı Milli Razılıq Hökumətinin başçısı kimi tanıyıb.