Siyasət

Mariya Kalesnikovanın vəkili Lyudmila Kazak saxlanıb

25 Sentyabr, 2020
317
Belarus müxalifətinin liderlərindən biri – Mariya Kalesnikovanın vəkili Lyudmila Kazak inzibati hüquqpozma törətmə ittihamı ilə Minskdə saxlanılıb.

Minsk milis idarəsindən bildiriblər ki, hazırda Kazak Belarus paytaxtının ərazi idarələrindən birindədir. Vəkilin məhz hansı hüquqpozmada günahlandırıldığını idarədə dəqiqləşdirməyiblər.

Daha əvvəl məlum olmuşdu ki, günün ikinci yarısından etibarən Lyudmila Kazakla əlaqə saxlamaq olmur. Bu haqda xəbər ölkə prezidentliyinə keçmiş namizəd Viktor Babrikonun teleqram kanalında dərc olunub.

"İnterfaks” qeyd edir ki, cümə günü Minskin Partizan rayon məhkəməsinin Mariya Kalesnikovanın həbsi barədə qərarından şikayətə baxılmalıdır. Müxalifətin Koordinasiya Şurasının Rəyasət Heyətinin üzvü Minskin mərkəzində oğurlandıqdan sonra sentyabrın 8-də Belarus-Ukrayna sərhədinə aparılıb. Kolesnikovanın yoldaşları, sərhəddəki hadisənin canlı şahidləri  İvan Kravtsov və Anton Rodnenkovun dediklərinə görə, orda müxalifətçi xanım hakimiyyətin göstərişilə həyata keçirilən məcburi deportasiyadan yayınmaq üçün pasportunu cırıb və avtomobili tərk edib. 

Kalesnikova, eləcə də vəkillər İlya Saley və Maksim Znak hazırda həbsdədirlər. Onları Belarusun təhlükəsizliyinə təhdid yaradan hərəkətlərə çağırışda ittiham edirlər. Vəkil Dmitri Layevskinin "Tut.by” saytına verdiyi məlumata görə, 1 saylı istintaq təcridxanasına aclıq aksiyası keçirən Znakın səhhəti pisləşib.

Belarusun hüquq-müdafiə təşkilatları həbs olunanları siyasi məhbus kimi tanıyıb.

Belarusda seçkilərdən sonrakı vəziyyət barədə Avroparlamentin bu günlərdə qəbul olunan qətnaməsində ATƏT ekspertlərinin müşahidəsi altında və prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskayanın təşəbbüsü ilə yaradılan Koordinasiya Şurasından, bu qurumun üzvlərinin iştirakı ilə yeni dürüst seçkilərin keçirilməsinin zəruriliyindən bəhs edilir. 

Şuranın Rəyasət Heyətinin demək olar ki, bütün üzvləri - ədəbiyyat üzrə Nobel mükafatı laureatı Svetlana Aleksiyeviç istisna olmaqla. – indi ya həbsdədirlər, ya da hakimiyyətin təzyiqi ucbatından ölkəni tərk etmək məcburiyyətində qalıblar.


mənbə: [leech=]https://www.svoboda.org/a/30856450.html?fbclid=IwAR33IodvEosPaqmDiiUhOStQAUit1De8LK1RTzY1DuVvc4lKy4rCj9gUEq4[/leech]

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo