13:09, 29 İyun 2020 (Bazar ertəsi) 319

Maska taxmamağa görə cərimələr iki dəfə artırılıb

Maska taxmamağa görə cərimələr iki dəfə artırılıb
Bazar ertəsi Milli Məclis İnzibati Xətalar Məcəlləsinə düzəlişləri qəbul edib. Düzəlişlərə əsasən tibbi maskaların taxılmamasına görə cərimələr artırılıb.

Düzəlişlərə görə, cərimə fiziki şəxslər üçün 50 manat yerinə 100 manar, vəzifəli şəxslər üçün 100 manat yerinə 200 manat, hüquqi şəxslər üçün 200 manat yerinə 400 manat təşkil edəcək.

İl ərzində birinci cərimədən sonra təkrar pozuntuya görə fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər isə 800 manat məbləğində cərimə olunacaqlar.


turan.az