18:55, 31 İyul 2020 (Cümə) 538

Məhkəmə AXCP fəallarını azad etmədi

Məhkəmə AXCP fəallarını azad etmədi
İyulun 30-da Bakı Apellyasiya Məhkəməsi Xalq Cəbhəsi Partiyasının inzibati qaydada həbs edilmiş fəalları Elnur Həsənov (hakim Faiq Qasımov) və Mahir Namazovu (hakim İlqar Murquzov) azad etməkdən imtina edib.

Bu barədə Turan agentliyi məlumat yayıb

Bu gün iyulun 31-də hakim Faiq Qasımov fəal Nicat Abdullayevi azad etməyib.

Xatırladaq ki, həmin şəxslər iyulun 14-15-də Bakıda mitinq zamanı iğtişaşlarda iştirak etməkdə ittiham olunaraq həbs ediliblər. Lakin həbs edilmiş 45 nəfər AXCP fəalının əksəriyyəti, ümumiyyətlə, bu aksiyada iştirak etməyib, iştirak edənlər isə ictimai asayişi pozmayıblar.