14:01, 01 İyul 2020 (Çərşənbə) 424

Məhkəmə Babək Həsənovu həbsdə saxlayıb

Məhkəmə Babək Həsənovu həbsdə saxlayıb
Çərşənbə günü Nizami Rayon Məhkəməsində Xalq Cəbhəsi Partiyasının fəalı Babək Həsənovun cəzasının 2/3 hissəsinin çəkilməsi ilə əlaqədar şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə müraciətinə onlayn formada baxılıb.

Məhkəmə vəsatəti təmin etməyib və  bunu B.Həsənovun il yarım bundan öncə Kürdəxanı İstintaq Təcridxanasında nizam-intizamı pozduğuna görə karserə salınması ilə əsaslandırıb.

Müdafiə tərəfi məhkəmənin dəlillərini əsassız hesab edir və apellyasiya vermək niyyətindədir.

Xatırladaq ki, B.Həsənov 2018-ci ilin mayında həbs edilib və sonradan guya AXCP-nin qanunsuz maliyyələşdirilməsi ilə bağlı saxta iş üzrə 4 il müddətinə azadlıqdan məhrum olunub.

Onunla birlikdə bir neçə nəfər də mühakimə olunub. Onların günahı ondan ibarət idi ki, siyasi məhbusların ailələrinə maddi yardım göstəriblər.
 
 
turan.az