12:41, 24 Sentyabr 2020 (Cümə axşamı) 57

Məktəbəhazırlıq qruplarına qeydiyyat başa çatır

Məktəbəhazırlıq qruplarına qeydiyyat başa çatır
Təhsil Nazirliyi məktəbəhazırlıq qruplarına qeydiyyatla bağlı xəbərdarlıq edir.

Bu barədə Nazirliyin "facebook” səhifəsində məlumat yayılıb.  

Məlumatda deyilir ki, Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi bu gün saat 17.00-da başa çatacaq. 
 
Valideynlər və yaxud digər qanuni nümayəndələr qeydiyyatın bitməsinə qalan 4 saat ərzində mektebeqebul.edu.az portalı vasitəsilə övladlarını qeydiyyatdan keçirə bilərlər. 

Məlumatda 2020-2021-ci tədris ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqların cəlb olunacağı bildirilir. 

Məktəbəqəbul qruplarına qeydiyyat prosesi 18 avqustdan başlayıb.  

Şəbnəm Adil