Siyasət

Məmməd İbrahim: "Oğluma görə çox narahatam"

7 Avqust, 2020
878
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü, dövlət çevrilişinə cəhddə suçlanan Məmməd İbrahim bu ittihamın saxta olduğunu bildirib. O, bu haqda avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində şikayətinə baxılarkən danışıb.

Apellyasiya şikayəti onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilməsi barədə Nəsimi rayon Məhkəməsinin çıxardığı qərardan verilib. M.İbrahim deyib ki, haqqındakı həbs qərarı qanunsuz və əsassızdır. Ona qarşı irəli sürülmüş ittihamları təsdiqləyən bircə sübut da yoxdur: "Mən ümumiyyətlə, iyulun 14-də keçirilən Qarabağa dəstək yürüşündə iştirak etməmişəm. Nə də kiməsə o yürüşdə iştirak, yaxud başqa hərəkət barədə göstəriş vermişəm. Bu ittihamlar şər-böhtandan başqa bir şey deyil”.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasov onun haqqındakı həbs qərarını haqlı sayıb, şikayətini təmin etməyib.

M.İbrahimin vəkili Əsabəli Mustafayev AzadlıqRadiosu-na bildirib ki, həbs qərarından şikayət üçün ölkə daxilində sonuncu instansiya apellyasiya məhkəməsidir, Ali Məhkəməyə şikayət vermək olmaz. Ona görə də növbəti addım M.İbrahimin ev dustaqlığına buraxılması üçün Nəsimi rayon Məhkəməsinə vəsatət vermək olacaq. M.İbrahimin durumuna gəlincə, vəkil bildirib ki, səhhətilə bağlı şikayəti yoxdur: "Məmməd İbrahim dedi ki, "oğluma görə çox narahatam”. Öz durumu ilə bağlı şikayəti yoxdur”.

M.İbrahimin oğlu, futbol məşqçisi Mehdi İbrahimov da Qarabağ yürüşündən sonra həbs olunub. Ona qarşı CM-in 139-1.1 maddəsilə ittiham irəli sürülüb. M.İbrahimov özü COVİD-19 (koronavirus) daşıyıcısı olduğu halda, küçəyə çıxıb başqalarına təhlükə yaratmaqda suçlanır. İş materiallarında onun iyulun 20-də küçədə gedərkən saxlandığı yazılıb. Ailə üzvləri isə bildirir ki, M.İbrahimov koronavirusa yoluxmayıb və iyulun 15-də yürüşdən qayıdarkən saxlanılıb. Ertəsi gün bölmədə onun AXCP funksioneri M.İbrahimin oğlunu biləndə buraxmayıblar, onlar deyirlər. Beş gün sonra isə ona qarşı koronavirusla bağlı ittiham irəli sürülüb.

Bu il iyulun 14-də Bakda orduya dəstək yürüşünə qatılmış onlarla şəxs saxlanıb. AXCP-dən verilən məlumata görə, bu partiyanın 45 üzvü saxlanılıb. Onlardan 17 nəfərə Qarabağa dəstək yürüşü ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işi üzrə ittiham irəli sürülərək, bir nəfər istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçilib. Daha 18 nəfərə karantin rejimini pozma ittihamıyla 30 sutka inzibati həbs cəzası kəsilib. 10 nəfər isə sərbəst buraxılıb. Baş prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Bu cinayət işi üzrə həbs olunanlara qarşı özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə bunlardan əlavə, həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. Partiya ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin həmin yürüşdə iştirak etmədiyini bəyan edib.
 
azadliq.org

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo