09:00, 02 Fevral 2020 (Bazar) 425

Mənim hekayəm: "Sənət sənəti anlayanlar üçündür"- Qum sənətçisi

 
Novruz Əhmədov hazırda Türkiyənin Diyarbəkir şəhərində, Diclə universitetində hüquq üzrə təhsil alır.

Əslən Şirvan şəhərindən olan Novruz Əhmədov 17 yaşında qum sənəti ilə məşğul olmağa başlayıb.

O bu işə sadə əşyaları sənətə çevirməklə başlayıb.

Novruz ilk təqdimatını türkiyəli bir bank işçisinin sifarişi ilə Qaziantepdə göstərib və bu sırada ilk qum masasını hazırlayıb.

Sənətçi Əbülfəz Elçibəy haqda kitab da yazır.

O Diyarbəkirdə pulsuz təqdimatlar, xeyriyyə konsertlərində çıxışlar da edir.

Hazırladı: Şəhla Abbas