15:23, 16 Oktyabr 2020 (Cümə) 52

Merkel: Almaniya iqtisadiyyatı daha bir karantinə dözməyəcək

Merkel: Almaniya iqtisadiyyatı daha bir karantinə dözməyəcək
Almaniya iqtisadiyyatı koronavirusla bağlı ikinci  karantin rejiminə dözməz,  pandemiya ilə bağlı situasiya təcili olaraq nəzarətə götürülməlidir. TASS-ın xəbərinə görə, bu sözləri Federativ Respublikanın kansleri Angela Merkel deyib. O, ölkənin "Covid-19” pandemiyası ilə mübarizədə "kritik mərhələdə" olduğunu vurğulayıb.

Gələcək həftələrdə insanların davranışının həlledici rol oynayacağını qeyd edən Merkel yeni yoluxma hallarının kəskin artmasından narahat olduğunu bildirib.

Merkel region rəhbərləri ilə görüşdən tam razı qalmadığını da etiraf edib. O, yeni yoluxma hallarıyla mübarizədə regionlardakı vəziyyətin ideal olmadığını vurğulayıb. 

Qeyd edək ki, Avropada "Covid-19” pandemiyası sürətlə yayılmaqdadır. Yaz aylarından sonra digər Avropa ölkələrində olduğu kimi, Almaniyada da rekord səviyyədə yoluxma səviyyəsi qeydə alınıb.