17:55, 20 Noyabr 2020 (Cümə) 84

Mərkəzi Bank valyuta əməliyyatlarının həcmini açıqladı

Mərkəzi Bank valyuta əməliyyatlarının həcmini açıqladı
Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta əməliyyatlarının həcmini açıqlayıb.

Məlumatda görə, 2020-ci ilin 9 ayı ərzində bankdaxili valyuta bazarında (BDVB) valyuta əməliyyatlarının həcmi 11,2 mlrd. ABŞ dollar ekvivalentində olub ki, bu da illik müqayisədə 13,2% azdır.

Bunun da 79,4%-ni ABŞ dolları ilə aparılan əməliyyatlar təşkil edib.

BDVB-də valyuta əməliyyatlarının 93,6%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 2,6% azalaraq hesabat dövründə 4,2 mlrd. ABŞ dollarına enib.

Bunun 3,7 mlrd. dollarını və ya 88,1%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.

Mərkəzi Bank həmçinin son bir neçə ayda nağd xarici valyutanın xalis satışının (satışlardan alışlar çıxılmaqla) stabilləşdiyini qey edib.