İqtisadiyyat

Mərkəzi Bank öz öhdəliyindən yayınıbmı?

8 May, 2020
1201
"Dövlət banklara lisenziya verib, onların inkişafı üçün hər cür şərait yaradıb. Təkcə XXI əsrdə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox böyüyüb, bank sektoru da buna uyğun olaraq qazanmalı, böyüməli və kapitallaşmalı idi. Bəzi banklar bu imkandan istifadə ediblər və bu gün ayaq üstə möhkəm durublar, bəziləri isə bunu etməyiblər. Bu gün bağlanan bankların sahibləri heç kimi günahlandırmalı deyil, problemi özlərində axtarmalıdır”, - Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov mətbuat konfransında son günlərdə bir neçə bankın üzləşdiyi çətinliklərlə bağlı danışarkən belə deyib.
 


O, həmin banklara dövlət dəstəyinin göstərilməsi haqda təkliflərə də münasibət bildirib: "Bu gün bəzi ekspertlər danışanda mən təəccüblənirəm, çünki onlar peşəkardır, bank qanunvericiliyini bilirlər, amma deyirlər ki, dövlət bankları xilas etməlidir. Dövlətin belə bir vəzifəsi yoxdur. Dövlət yalnız əmanətçilər qarşısında götürdüyü öhdəliyə əməl edə bilər".

İqtisadçı ekspert Toğrul Maşallı Mərkəzi Bankın rəhbərinin "Dövlətin bankları xilas etmək kimi bir vəzifəsi yoxdur" fikrini haqlı sayır: "Ölkəmizdə bazar iqtisadiyyatıdır və belə bir şəraitdə dövlətin bankları xilas etmək kimi bir vəzifəsi yoxdur”. 
 
Amma ekspert bunu da qeyd edir ki, əgər dövlətin belə vəzifəsi yoxdursa, bu hamıya şamil edilməlidir. O fikrini əsaslandırmaq üçün "Beynəlxalq Bank”-a milyonlarla manat vəsait yardım göstərilməsini yada salır, eləcə də son devalvasiyadan sonra bəzi banklara problemli kreditlərlə bağlı edilən köməklikləri nümunə gətirir.
 

 
T.Maşallı E.Rüstəmovun çıxışındakı bir məqama - "bankların vəziyyətinin əvvəlcədən onlara bəlli olması"na da toxunur. Ekspert bunu Mərkəzi Bankın öz öhdəliyindən yayınması kimi dəyərləndirir.
 
"Mərkəzi Bankın hesabatlarda hansısa əskikliyin, problemin olması haqda xəbərdar etmək kimi bir öhdəliyi var", - deyə Toğrul Maşallı bildirir.

Ekspert Elman Rüstəmovun çıxışı haqda bunu da deyir: "Çıxışından belə qənaətə gəlmək olur ki, Mərkəzi Bank dövlətin funksiyalarını yerinə yetirir, lakin bu belə deyil. O, maliyyə bazarındakı ən iri bankdır, bankların bankı kimi funksiyanı yerinə yetirir. Dövlətin bu funksiyalarını isə Maliyyə Nazirliyi həyata keçirir".

T.Maşallının fikrincə, Mərkəzi Bankın birbaşa və ya dolayı yolla bu bankların "taleləri"nə müdaxiləsi mümkün idi. Ancaq belə bir müdaxilənin olmamasının sual doğurduğunu söyləyir.

MB rəhbəri həmçinin lisenziyaları ləğv edilmiş "AtaBank” və "Amrahbank”da iş adamlarının cari hesablarında olan vəsaitlərin bata biləcəyini də deyib. O bildirib ki, sahibkarların üzləşdikləri vəziyyətə görə təəssüf hissi keçirir: "Təəssüf edirəm, qanunvericiliyin tələbi belədir. Bu banklarda hesab açmaq iş adamlarının öz seçimi idi”.

 İqtisadçı Natiq Cəfərli Elman Rüstəmovun "hüquqi şəxslərlə bağlı təəssüf hissi keçiririk" fikrinə  belə münasibət bildirir: "Bu, Mərkəzi Bankın öztənzimləyici funksiyasını yerinə yetirə bilməməsidir. Edilən açıqlama çox absurddur. İcazəsi olan istənilən bankda hüquqi şəxs yatırım edə bilər. Əgər bu bankların hansısa iflas təhlükəsi varsa, bu əvvəlcədən bildirilməli, əmanətçilərə xəbərdarlıq edilməli idi. Ancaq bundan sonra iş adamları hansı bankda hesab açacaqlarını biləcəkdilər. İndiki şəraitdə məsuliyyəti iş adamlarının üzərinə atmaq və hüquqi şəxslərlə bağlı belə açıqlama vermək məntiqli deyil, hətta doğru deyil".
 

 
Ekspert hesab edirki, Mərkəzi Bankın rəhbərinin bu açıqlaması bank sektoruna olan güvənin azalmasına səbəb ola bilər. O, çətinliklə üzləşən banklar haqda heç bir xəbərdarlıq edilmədən, ictimaiyyətə məlumat vermədən sonradan bu tipli açıqlama verməyi, sadəcə məsuliyyəti öz üzərindən atmaq kimi dəyərləndirir.

Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən ölkədəki banklardan ikisinin - "Atabank” ASC-nin və "Amrah Bank” ASC-nin lisenziyaları ləğv edilib.

Elməddin Şamilzadə


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo