11:25, 22 Yanvar 2020 (Çərşənbə) 158

Məzahir Pənahov: “İndiyədək parlament seçkiləri ilə bağlı MSK-ya 32 müraciət daxil olub”

Məzahir Pənahov: “İndiyədək parlament seçkiləri ilə bağlı MSK-ya 32 müraciət daxil olub”
"Son bələdiyyə seçkiləri ilə bağlı şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisə olunmaz dərəcədə azalıb və Milli Məclisə seçkilərlə əlaqədar da bunun şahidi olacağıq”.

APA-nın verdiyi məlumata görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

M. Pənahov hesab edir ki, indiyə qədər növbədənkənar parlament seçkiləri ilə bağlı MSK-ya 32 müraciət daxil olub: "Bu da aparılan tədbirlərin nəticəsində əldə edilib”.