14:35, 10 Yanvar 2020 (Cümə) 180

Milli Məclisə sənəd təqdimatı başa çatır

Milli Məclisə sənəd təqdimatı başa çatır
Milli Məclisə namizədlərin müvafiq sənədləri dairə seçki komissiyalarına təqdimatı yanvarın 10 saat 6-da başa çatacaq.

Bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Belə ki, MSK-nın son hesabatına görə, fevralın 9-na təyin edilmiş parlament seçkisinə 2416 iddiaçı qatılıb, onların 689-u rəsmi olaraq qeydə alınıb.

Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.

Təşviqat yanvarın 17-də başlanır.

Seçkidə qələbə üçün səs çoxluğu tələb olunur.

Səsvermənin nəticələri haqqında ilkin məlumat seçki günü verilir.

Seçki dairəsi üzrə nəticələrin müəyyən olunması, protokolun ona əlavə edilmiş sənədlərlə birlikdə MSK-ya təqdim olunması fevralın 12-dək bitir.

Mərkəzi Seçki Komissiyası fevralın 29-dək Milli Məclisə seçkiyə yekun vurub sənədləri Konstitusiya Məhkəməsinə göndərməlidir.
 
Zərifə Novruz