17:20, 25 Oktyabr 2020 (Bazar) 130

Minskdə internet kəsilib

Minskdə internet kəsilib


/ DÜNYA
Oktyabrın 25-də Belarusun paytaxtında etiraz aksiyası planlaşdırılıb. Daxili İşlər Nazirliyi akisyalarda iştirakın yolverilməz olduğunu bəyan edib. Bundan başqa paytaxtda metronun 12 stansiyası da "təhlükəsizlik qaydalarına görə” bağlanıb.  

Aksiya iştirakçılarının toplanma nöqtələrinin elanından dərhal sonra polis Minskdə mobil interneti kəsib.

Bu barədə "Hexta Live" teleqram-kanalının yaydığı məlumatda deyilir. 

Bildirilir ki, kiber partizanların müdaxiləsindən sonra internetdə müəyyən düzəlmələr var. 
"Xalqın ultimatumuna 12 saatdan az qaldı! Bu gün iradə və əzmimizi mümkün qədər cinayətkar Lukashenka rejiminə göstərməliyik!" aksiyaçıların çağırışlarında deyilir.


Avqustun əvvəlində Belarusda prezident seçkiləri keçirilib. 

Belarus Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Aleksand Lukaşenko səslərin 80,1% -ni toplayaraq altıncı dəfə prezident seçilib. 

Müxalifətçi Svetlana Tixanovskaya isə ikinci yeri tutub. Ertəsi gün ölkə üzrə kütləvi etirazlar başlayıb.

Belarusda avqustda başlayan aksiyalar davam edir.