15:55, 10 Avqust 2020 (Bazar ertəsi) 606

Müdafiə nazirinin keçmiş müavini vəfat edib

Müdafiə nazirinin keçmiş müavini vəfat edib
Müdafiə nazirinin keçmiş müavini, general-leytenant Fuad Məmmədov avqustun 10-da ürək çatışmazlığından vəfat edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

F.Məmmədov 1968-ci ildə anadan olub.

1990-cı ildə Riqa Ali Hərbi Aviasiya Mühəndislər Məktəbini bitirib. 1992-ci ildən Azərbaycan HHQ-də xidmət edib. Eskadrilya komandirinin müavinindən başlayaraq HHQ Komandanının müavini vəzifəsinə qədər xidmət edib.

2015-ci ilin avqustundan 2020-ci il iyulun 8-dək müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini postunu tutub.

turan.az