13:42, 12 Yanvar 2021 (Çərşənbə axşamı) 49

Müdafiə Nazirliyi 3000 metr yüksəklikdən görüntülər paylaşdı - VİDEO

Müdafiə Nazirliyi 3000 metr yüksəklikdən görüntülər paylaşdı - VİDEO
FOTO: MN

Müdafiə Nazirliyi II Qarabağ müharibəsində azad olunmuş ərazilərdə Azərbaycan Ordusu bölmələrinin şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirildiyini açıqlayıb. 

Bu barədə yanvarın 12-də Müdafiə Nazirliyindən məlumat verilib. 

Məlumata görə, həmin bölgələrdə, eləcə də yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun xidmət aparılır və döyüş növbətçiliyi təşkil olunur.