01:54, 21 Sentyabr 2020 (Bazar ertəsi) 82

Müdafiə Nazirliyi: "Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib"

Müdafiə Nazirliyi:
Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA)  məhv edilib. 

Bu barədə Müdafiə Nazirliyi öz rəsmi "facebook" səhifəsində məlumat yayıb. 

Rəsmi məlumata əsasən, hadisə sentyabrın 20-i saat 23.13 radələrində baş verib. 

"Hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır" -rəsmi məlumatda bildirilir. 

Şəbnəm Adil