15:07, 06 Avqust 2020 (Cümə axşamı) 606

"Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur”

Aqil Abbas: "Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur”

Deputat Aqil Abbas Milli Məclisdə büdcə dəyişikliyinin müzakirəsi zamanı Səhiyyə Nazirliyini sərt tənqid edib. O hətta "Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur” deyə fikir səsləndirib.

O fikrini belə əsaslandırıb: "Vaxtilə əlilliyi VTEK-lər (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyaları – red) verirdi. Səhiyyə Nazirliyi öz işçilərinə inanmadı (komissiyanın tərkibindəki həkimlərə - red), əlilliyin təyinatını verdilər Səhiyyə Nazirliyinə. Guya, Səhiyyə Nazirliyi süddən çıxmış ağ qaşıqdı. Bu nazirlik öz işini görə bilmir. Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur”.

İclasda iştirak edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev isə bildirib ki, əlilliyin təyin olunması ilə bağlı yeni meyarlar hazırlanır.

O qeyd edib ki, I qrup əlilliyi olan şəxslərlə bağlı nazirlikdə xüsusi komissiya yaradılıb: "Əlilliyin təyin olunması ilə bağlı hazırda səhiyyə orqanlarına müraciət olunmalıdır. Ancaq bizə müraciət olunan zaman xüsusi komissiyada I qrup əlilliyi olan şəxsləri əyani komissiyadan keçirə bilirik”.

Milli Məclisin Sədri Sahibə Qafarova isə Aqil Abbasın fikrinə etiraz edib:

"Bu gün pandemiya dövründə Səhiyyə Nazirliyi və həkimlər əlindən gələni edir. "Azərbayacanda Səhiyyə Nazirliyinin demək olar ki, yoxdur” fikri yanlış fikirdir”, – S.Qafarova qeyd edib.

meydan.tv