Siyasət

Müsavat Partiyası başqanı mətbuat konfransı keçirib

19 Noyabr, 2019
385
Partiya başqanı ittihamlara cavab verdi

Müsavat Partiyasının başqanı Arif Hacılı noyabrın 19-da mətbuat konfransı keçirib. Konfransın keçirilməsinə səbəb son günlər Almaniya və Azərbaycan mətbuatında miqrant olayları haqda yazılan məqalələrdə Müsavat Partiyasının üzvlərinin adının hallanmasıdır.

MeydanTV-nin verdiyi məlumata görə, Arif Hacılı konfransda bildirib ki, partiyadan Avropaya indiyə qədər bir nəfər də göndərilməyib:

"Yalnız xatırladığım odur ki, Həqiqət Oğuz ağır xəstə olduğundan onun Avropaya müalicəyə getməsini istəmişik. Amma heç kəsə Azərbaycanı tərk etməyə tövsiyə etməmişik, əksinə, getmək istəyənlərə məsləhət görmüşük ki, ölkədə siyasi vəziyyəti dəyişmək mümkündür və passionar təbəqənin Azərbaycanı tərk etməsi ziyandır. Bununla belə, təzyiqlərdən yayınmaq üçün ölkədən getmək istəyən müsavatçılara sənəd vermişik və bu adamların sayı onlarladır, yəni 200 nəfərdən azdır. Ümumiyyətlə, Azərbaycanda təzyiqə məruz qalmayan bir nəfər də olsun Müsavat, AXCP-nın üzvü yoxdur. İkinci, Müsavat Partiyasında kiminsə kiməsə öz mülahizələri əsasında hər hansı sənəd verməsi mümkün deyil. Əgər kimsə belə bir sənəd istəyirsə, onun hansı rayon təşkilatında olması müəyyənləşir, həmin rayon təşkilatı da onun barəsində məlumatı yazır, sənədlər Təşkilat Departamentində yoxlanılır, araşdırıb düzgün olduğu müəyyən olunandan sonra İcra Aparatının rəhbərinə təqdim edilir. İcra Aparatının rəhbəri də bir daha araşdırandan sonra qərar qəbul edilir. Sonradan bu prosedur bir qədər də mürəkkəbləşdirildi, əgər partiya üzvü xaricə gedib Miqrasiya İdarəsinə müraciət edibsə, ona partiya üzvü olması haqda sənəd verilmir. Yalnız Miqrasiya İdarəsi və yaxud vəkili sorğu göndərərsə, cavab veririk. Nəhayət, sonuncu qurultayda formalaşan məclis qərar qəbul etdi ki, partiyaya 2 il üzv olmayan şəxsə arayış verilə bilməz. Halbuki, bu qərar hüquqaziddir, kimsə partiya üzvüdürsə, ona arayış verilməlidir. Ancaq yaranmış vəziyyəti nəzərə alaraq 2 il üzvü olmayan şəxsə partiya biletini və arayışın verilməsini qadağan etmişik, məclis belə qərar verib. Eyni zamanda, 90-cı illərdə qərar qəbul olunub ki, xarici ölkələrdə yaşayan azərbaycanlının Müsavat Partiyasına üzv olması mümkündür, sadəcə, bu prosedur fərqli şəkildə həyata keçirilir, yəni tanınmış üzvlərin zəmanəti olmalıdır, həm də yalnız Divan üzvlərinin üçdə iki səsçoxluğu ilə bu haqda qərar qəbul edilməlidir”.

Arif Hacılı alman mətbuatının və blogerlərinin yazdıqları ilə bağlı deyib ki, həbs olunanlardan Mehdi Xəlilbəyli Müsavat Partiyasının üzvü olub. 2003-cü ildə axtarışda olduğundan Azərbaycanı tərk edib. O, müsavatçıların Avropada yaratdığı AKM-in sıravi üzvüdür:

"Ancaq Mehdi Xəlilbəylinin işi digər saxlanılan Əlövsət Əliyevin işi ilə eyni deyil, fərqlidir. Birincinin həbsi vaxtilə onun sürücüsü olan Rəşad Məmmədovun şikayəti əsasında həyata keçirilib. Sosial şəbəkədə yayılan sənəd həmin şikayət əsasında Almaniyanın bir rayon məhkəməsinin qərarıdır. Müsavat AKM-nin bu məsələlərə aidiyyatı haqda heç bir yerdə hər hansı informasiya yoxdur və olmayacağına da əminəm. Əgər AKM üzvlərindən kiminsə barəsində informasiya təsdiqlənsə, partiya buna uyğun qərar verəcək. Biz Almaniyanın mühakimə sisteminin ədalətli olduğuna inanırıq. Ümumiyyətlə, bu işdə partiyanın hər hansı bir üzvünün, yaxud vaxtilə üzv olan şəxsin adı keçərsə, partiya o adamlarla bağlı sərt qərarlar qəbul edəcək”. O, AKM təşkilatını partiya üzvlərinin yaratdığını və Almaniyada qeydiyyatdan keçdiyini vurğuladı:

"Təşkilatın rəhbərliyində olanların bir çoxu partiyanın üzvləridir. Artıq növbəti konfransın keçirilməsi ilə bağlı rəhbər strukturlar buraxılıb və 5 nəfərə səlahiyyət verilib. Bunlar Eldəniz Yusubov, Akif Nağısoy, Sərdar Ağayev, Nurlan əliyev v ə Qorxmaz Beydullayevdir”.

Arif Hacılı özünün Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla birgə biznesinin olması haqda yayılan məlumatlara da münasibətini bildirib:

"İttihamlardan biri odur ki, mən Vasif Talıbovun "Sirab” şirkəti ilə şərikəm və Avropa strukturuna cavabdehəm, gəlirlər bizim aramızda bölünür. Bəli, Mehdi Xəlilbəylinin eyniadlı şirkəti var, amma mineral suyu satan şirkət yox, yükdaşıyandır, adı da fərqlidir. O qədər absurd, mənasız ittihamdır ki, cavab vermək istəmirdim, amma bir şey dəqiqdir ki, Avropada bir şüşə də sirab satılmayıb. Ümumiyyətlə, Azərbaycanda istehsal olunan hər hansı su Avropaya ixrac olunmur. Ona görə bu ittiham yalan və absurddur. İkinci, mən Mehdi Xəlilbəylini tanımıram. Yəni, tanıyıram, ancaq yaxın münasibətlərim olmayıb, həm də onun hansı işlər görməsi barədə ətraflı məlumatım yoxdur. Orada yaşayan, ancaq vaxtilə 9 və 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi işləyən Elçin Əkbərovun partiya üzvü olması haqda xəbərlər yalandır, o, müxalifətlə yaxın olmayıb, övladları əvvəlcədən Avropada yerləşdiklərindən onu da aparıblar. İlham Həsəni isə yaxşı tanıyıram, partiya üzvüdür və onun özü icərəyə götürülmüş evdə yaşayır. Yəni orda yaşayan siyasi mühacirlərin evlərinin olması xəbəri yanlışdır, onların evləri yoxdur, icarəyə götürülmüş evlərdə yaşayırlar. Mənim ABŞ-da yaşayan övladım günün bir hissəsini oxuyur, qalan günü isə mağazada satıcı işləyir”.

Arif Hacılı partiyanın bu məsələlərlə bağlı 4 nəfərdən ibarət komissiya yaratdığını bildirib:

"Komissiya məsələni araşdıracaq və irəli sürülən ittihamlara əhatəli reaksiya veriləcək. Eyni zamanda, Almaniyanın Bakıdakı səfirliyi ilə görüşüb, əməkdaşlıq etmək niyyətindəyik”.

Partiya başqanı ittihamların təsdiqləndiyi halda istefa verib-verməməsi haqda suala belə aydınlıq gətirib:

"Bu barədə deyilənləri normal qarşılayıram. Amma hər hansı bir istefa üçün əsaslar olmalıdır. Mən belə bir əsasların olduğunu görmürəm. Hər hansı partiya üzvü cinayət törədibsə, bu, sədrə aid ola bilməz. Məsuliyyət fərdidir, əgər mənim və ya başqa rəhbər şəxslərin bu əməllərdə iştirakı sübut olunarsa, nəinki istefa, daha sərt partiya cəzası verilə bilər”.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo