18:41, 13 İyul 2020 (Bazar ertəsi) 349

Naxçıvan istiqamətində də atəşkəs rejimi kobudcasına pozulub

Naxçıvan istiqamətində də atəşkəs rejimi kobudcasına pozulub
"Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan mövqelərimizi atəşə tutub”. 
 
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd edilib. 

Məlumata görə, Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və yandırıcı mərmilərdən istifadə etməsi ara boşluğunda olan 5 hektara qədər ərazinin yanması ilə nəticələnib.

Qarşı tərəf cavab atəşi ilə susdurulubvə əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır.