12:13, 24 Sentyabr 2020 (Cümə axşamı) 144

Naxçıvanda təlim-metodiki toplantı keçirilib

Naxçıvanda təlim-metodiki toplantı keçirilib
Naxçıvan Qarnizonu Qoşunlarının builki tədris ilinə "uzlaşma planı”na əsasən, mühəndis ixtisaslı manqa komandirləri ilə təlim-metodiki toplantı keçirilib.  

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.  

Məlumatda deyilir ki, toplantının əsas diqqəti ixtisas və taktiki-xüsusi hazırlıq üzrə məşğələlərə yönəldilib.  

Nazirliyin verdiyi məlumata görə, məşğələlər zamanı səhra şəraitində avtomobil texnikalarının maskalanma üsul və vasitələri, o cümlədən silahlanmada mövcud olan müasir mina əleyhinə qoruyucu istehkam kostyumları və minaaxtaranlar nümayiş etdirilib.  

Nümayişlər sırasında ön xəttin qarşısında qurulacaq partlamayan piyada və tank əleyhinə mühəndis maneələrinin nümunələri, döyüş və avtomobil texnikalarının səngərləri və daldalanacaqları, "Pomnis-2” mina sahalərindən keçidaçma qurğusunun taktiki-texniki xüsusiyyətləri və iş prinsipi, mühəndis-müşahidə postlarından düşmənin, ərazinin və obyektlərin mühəndis kəşfiyyatının aparılması qaydaları da yer alıb.  

Məlumatda qeyd olunub  ki, yekunda toplantıya cəlb edilmiş heyətdən fiziki və ixtisas hazırlığından məqbullar götürülüb. 

Şəbnəm Adil