Siyasət

Nazim Cəfərsoy: “Zəfər Günü Şuşanın azad edildiyi gün olmalı idi”

3 Dekabr, 2020
969
"Zəfər günü hərbi mahiyyəti çox güclü olan, müharibədə ən böyük qələbənin qazanıldığı gün olmalıdır. Belə bir gün üçün ən uyğun vaxt dünya və milli hərb tarixinə keçən və Azərbaycan əsgərinin igidliyinin zirvəsi olan Şuşanın azad edildiyi noyabrın 8-i idi”.

Politoloq Nazim Cəfərsoy özünün "Feysbuk” hesabından belə yazıb.

Prezident İlham Əliyevin dekabrın 2-də imzaladığı sərəncama əsasən, bundan sonra 27 sentyabrın Anım Günü, 10 noyabrsa Zəfər Günü kimi qeyd ediləcək. İctimaiyyət nümayəndələri bu qərarı birmənalı qarşılanmayıblar.

N.Cəfərsoy yazıb ki, 1 dekabr qələbə günü üçün daha uyğun tarix ola bilərdi: "Əgər ərazilərimizin azad edilmə günü seçiləcəksə, o gün Ermənistan ordusunun rəsmən ölkəni tərk etdiyi və Ermənistan-Azərbaycan dövlət sərhəddində bayrağın ucaldıldığı 1 dekabrın ola bilərdi. Digər tərəfdən 10 noyabr sanki imzalanma prosesi və müəyyən nəticələri etibarilə cəmiyyətdə yetərincə zəfər hissi vermir. Halbuki zəfər gününün cəmiyyətdə və dünyada heç bir şübhə doğurmayan gün olması daha doğru olar. Bu mənada da Şuşanın azad ounlması günü ən doğru gün idi. Ölkədə tam bir zəfər əhval-ruhiyyəsi var idi”.

Siyasi şərhçi Şahin Cəfərli də Nazim Cəfərsoyun fikirlərinə qatıldığını bildirən paylaşım edib: "Həmin gün imzalanan və müharibəni yekunlaşdıran üçtərəfli bəyanata münasibət birmənalı deyil. Rusiya ordu hissələrinin ölkəmizə daxil olması üçün hüquqi əsas təşkil edən həmin Bəyanatı böyük uğur kimi qiymətləndirməyən vətəndaşlar da var. Qələbə günü bütün xalqın tərəddüdsüz qəbul edəcəyi, dəstəkləyəcəyi, ağıllarda sual doğurmayan bir gün olmalıdır. Hər kəsin ürəyinə yatan belə bir tarix möhtəşəm Şuşa zəfərinin əldə edildiyi 8 noyabr ola bilərdi. Şuşa zəfəri həm 44 günlük müharibənin ən böyük və ən anlamlı qələbəsi, həm də müharibəyə nöqtə qoyan bir hadisədir”.
 

N.Cəfərsoy başqa bir məqama da toxunub: "Bu müharibədə və ümumilikdə bütün Qarabağ münaqişəsi boyunca Türkiyə hər mənada Azərbaycanın yanında olub. Bu zəfər günündə bir millətin iki dövlətindən biri kimi Türkiyənin də davamlı bizimlə sevinməsi ən təbii haqqı idi. 10 noyabr Türkiyənin qurucu lideri və türk tarixinin ən böyük liderlərindən Gazi Mustafa Kamal Atatürkün vəfatının ildönümüdür.Türkiyədə bu gün illərdir anım günü kimi qeyd olunur. Qardaşın biri anım günü edərkən, digərinin Zəfər günü keçirməsi qətiyyən doğru deyil. Unutmayaq, anım gününü əvvəlcədən qərarlaşdırmaq olmur, ancaq Zəfər Gününü qərarlaşdırmaq olar!”

Azərbaycan və Ermənistan arasında 44 gün davam edən müharibədə Azərbaycan tərəfi 280-dək kəndi, dörd qəsəbəni, Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərini işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan birgə Bəyanata əsasən
atəşkəs elan edilib və Rusiya sülhməramlıları Qarabağa yerləşdirilib.

Üçtərəfli razılaşmaya uyğun olaraq Azərbaycan ordusu noyabrın 20-də Ağdam rayon mərkəzinə daxil olub. Noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları boşaldılıb.

Nigar Səmədli

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo