01:02, 26 Oktyabr 2020 (Bazar ertəsi) 109

Nazirlər Minsk qrupunun həmsədrləriylə görüşəcəklər

Nazirlər Minsk qrupunun həmsədrləriylə görüşəcəklər
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Cenevrədə görüşəcəklər.

Bu barədə "RİA Novosti" xəbər verib. 

Xəbərdə deyilir ki, oktyabrın 29-da Cenevrədə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrləriylə görüşü olacaq.

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir. 

Oktyabrın 10-da və 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında humanitar atəşkəs razılaşması imzalanıb.