Siyasət

“Nə qədər istəsələr də, burada bir Maydan olmaz”

10 Avqust, 2020
927
Yenidən Belarus prezidenti seçildiyi elan edilən Lukaşenko seçki nəticələrinə etiraz edənləri "xaricdən yönləndirilən qoyunlar” adlandırıb, -"Deutsche Welle Türkçə” xəbər verir.

"Polşadan, İngiltərədən və Çexiyadan zənglər gəldi. Bağışlayın, qoyunlarımızı istiqamətləndirirlər”,- ölkəni 26 ildir idarə edən Lukaşenko dünən seçki nəticələri elan olunduqdan sonra etiraz etmək üçün küçələrə çıxan nümayişçilər haqda deyib.

"Nə qədər istəsələr də, burada bir Maydan olmaz”,- Lukaşenko deyib. Seçkilərdə qələbə qazanan prezident ölkənin bölünməsinə icazə verməyəcəyini qeyd edib.

Belarus Seçki Komissiyasının açıqladığı qeyri-rəsmi nəticələrə görə, Lukaşenko 80,2% səs, müxalifət namizədi Svetlana Tixonovskaya (Tihanovskaya) isə 9,9% səs qazanıb. Seçkilərdəki saxtakarlıqları söykəyən Tixonovskaya özünü seçkinin qalibi elan edərək Lukaşenkodan geri çəkilməsini tələb edib.

Bazar günü axşam paytaxt Minskdə baş verən etiraz aksiyalarına minlərlə insan qatılıb. Səsvermə başa çatdıqdan sonra elan edilən nümayişin qadağan edilməsinə baxmayaraq, etirazlara su topu və plastik güllələrlə müdaxilə edib. Daxili İşlər Nazirliyinin məlumatlarına görə, ölkə daxilindəki nümayişlərdə təxminən 3 min adam nəzarətə alınıb, yüzə yaxın nümayişçi və polis əməkdaşı yaralanıb. Nümayişçilər seçkilərin manipulyasiya edildiyini iddia edirlər.

Belarusdakı seçkilər Avropa İttifaqının (Aİ) sərt reaksiyasına səbəb olub. Aİ Komissiyasının prezidenti Ursula von der Leyen Belarus rəsmilərinin seçki nəticələrini araşdırmağa çağırıb və səslərin tamamilə sayılmalı və nəticələrin bu şəkildə elan edilməli olduğunu vurğulayıb.

Von der Leyen seçkilərdən sonra təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı aqressiv münasibətini qınayıb və qeyd edib ki, Avropada zorakılıq tətbiq edərək dinc etirazları yatırtmaq üçün yer yoxdur. "Əsas hüquqlara hörmət edilməlidir”,- o deyib.

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell və Aİ-nin Genişlənmə üzrə Komissarı Oliver Varhelyi birgə açıqlamada seçkilərin "qeyri-bərabər və qəbuledilməz dövlət zorakılığı ilə kölgədə qaldığını” bəyan edib. Zorakılığı qınayan rəsmilər dünən bütün nəzarətə alınmış nümayişçilərin sərbəst buraxılmasını tələb ediblər. Onlar Belarus hakimiyyətini dinc nümayiş hüququna hörmət etməyə çağırıblar.
 
meydan.tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo