23:52, 23 Mart 2020 (Bazar ertəsi) 2313

Nigar Yaqublu: "Tofiq Yaqublu hadisənin görüntülərini çəkib"

Nigar Yaqublu:
"Bu görüntülər Tofiq Yaqublunun işində ən önəmli dəlildir”.

Məlumatı Tofiq Yaqublunun qızı Nigar Həzi yayıb. 

O bildirib ki, atasının telefonunda istintaq üçün önəmli dəlillər var.

Onun sözlərinə görə, hadisə anında atasının maşında video registorlar olub.

Eyni zamanda həmin vaxt Tofiq Yaqublu da çəkiliş edə bilib: "Sadəcə, telefon müstəntiqdə olduğu üçün telefonda və video registratorda olan görüntünün silinmə ehtimalı böyükdür”.

Həmçinin Nigar Həzi istintaq müddətində atasının maşının cərimə meydançasında olacağını bildirib.

Martın 22-də Tofiq Yaqublu feysbuk hesabında ciddi təxribatla üzləşdiyini yazıb.

"8-ci kilometr bazarında park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum edirlər. Öyrədilmiş adamlardır”.

22 mart günorta saatlarında Tofiq Yaqublunun park halında dayanmış maşını ilə başqa bir avtomobil arasında qəza baş verib. Sürücülər arasında çıxan mübahisədən sonra Tofiq Yaqublu "102" polis qaynar xəttinə zəng edib və daha sonra şəxslər Nizami Rayon Polis İdarəsinə aparılıb.

Nigar Həzi atasını şərləyib həbs etmək istədiklərini bildirib.

Daxili İşlır Nazirliyinib Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov "Report”a açıqlamasında Tofiq Yaqublunun digər maşının sahibinə və onun həyat yoldaşına xəsarət yetirdiyini, Cinayət Məcəlləsinin 221.3 maddəsilə cinayıt işi açıldığını deyib. 

Nizami Rayon Məhkəmə T.Yaqublunun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Roza Məmmədova