Sosial

Noyabr ayı üçün bu cür hava şəraiti normaldırmı? - Meteoroloqdan açıqlama

24 Noyabr, 2020
537
Hazırda Bakıda havanın temperaturu iqlim normasından 2-3 dərəcə aşağıdır. Bunu noyabrın 24-də "ToplumTV”-yə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, soyuq hava şəraiti noyabr ayı üçün xarakterikdir: "Belə hava şəraitinin hələ bir neçə gün də davam edəcəyi gözlənilir. Bəzi yerlərdə yağmurlar intensiv xarakterli olacaq. Paytaxtda isə hava şəraitinin yaxın 2 gün ərzində qeyri-sabit keçməsi, arabir yağış yağması proqnozlaşdırılır. Soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində havada dəyişikliklər olur. Bəzi yerlərdə yağış, dağlıq və dağətəyi bölgələrdə qar müşahidə olunur. Noyabrda temperaturun bir qədər aşağı düşməsi müşahidə olunur. Buna da səbəb soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olmasıdır. Belə ki, ötən illərin noyabr aylarına da nəzər salsaq, görərik ki, bu ayda əksərən yağış, dağlıq və dağətəyi ərazilərdə qar yağması müşahidə olunub. Bu ayda atmosferin ümumi sirkulyasiyası sahəsində dəyişilik baş verir. Tutqun və buludlu günlərin sayı çoxalır. Soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı düşür” – deyə, Gülşad Məmmədova qeyd edib.

Mütəxəssis deyir ki, Azərbaycanda ən isti noyabr 1974-cü ildə, ən soyuğu isə 1993-cü ildə müşahidə olunub.

"Noyabrda ayrı-ayrı illər üzrə temperatur rejimi orta çoxillik rəqəmlərdən xeyli fərqlənir. Meteoroloji müşahidələrə əsasən ən isti noyabr ayı 1974-cü ildə müşahidə olunub. Bu zaman havanın orta temperaturu 13,7 dərəcəyə qədər yüksəlmişdi ki, bu da orta çoxillik temperaturdan 2.5 dərəcə yüksəkdir. Meteoroloji müşahidələrə görə, ən soyuq noyabr 1993-cü ildə qeydə alınıb. Bu zaman 7 gün qarlı hava şəraiti müşahidə edilib, şimal-qərb küləyi əsib. Bunun nəticəsində havanın temperaturu bir qədər aşağı düşüb, yəni minimal temperatur -2 dərəcəyədək enib. Ümumiyyətlə, orta hesabla, noyabr ayında Bakıda havanın temperaturu gecə saatlarında 7-9 dərəcə, gündüz saatlarında isə 13-14 dərəcə olmalıdır” –  deyə,  Gülşad Məmmədova vurğulayıb. 

Zərifə Novruz

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo