Siyasət

Ombudsman "DQR"dəki qeyri-qanuni seçkilərlə bağlı bəyanat yaydı

21 May, 2020
720
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qanunsuz "seçkilər”in keçirilməsinə və pandemiya dövründə Ermənistan tərəfindən atəşkəs rejiminin mütəmadi pozulmasına etiraz olaraq bəyanat yayıb.

APA xəbər verir ki, bəyanatda bildirilir: "Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Respublikasının adsız yüksəkliklərində yerləşən mövqelərini, eləcə də dinc əhalinin yaşayış yerlərini davamlı olaraq atəşə tutaraq atəşkəs rejimini pozması halları bizi dərindən narahat edir. 

Pandemiya ilə əlaqədar BMT, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar tərəfindən edilən müraciətlərə məhəl qoymayan Ermənistan hökuməti işğalçı və təcavüzkar siyasətinin fonunda təxribatçı hərəkətlərini davam etdirərək regionda daha da təhlükəli vəziyyət yaratmaqdadır.  Hər şeydən əvvəl, pandemiya dövründə belə Ermənistan ordusunun atəşkəs rejimini pozmağa davam etməsi münaqişə zonasında yaşayan insanların həyat şəraitini daha da ağırlaşdırır. 

Bir müddət öncə BMT-nin Baş katibi Antonio Quterreş qlobal atəşkəs çağırışı ilə çıxış etmiş, bu kontekstdə olduqca mühüm məqamları diqqətə çatdırmışdı. Baş katibin bəyanatında qeyd edilmişdir ki, zorakı münaqişələrin qurbanı olan köçkünlər və digərləri daha da həssas vəziyyətə düşürlər. "Bu gün dünyanın hər yerində təcili olaraq atəşkəsin bərqərar olmasına çağırıram. Silahlı qarşıdurmalara son qoymaq və birlikdə həyatımızda ən ümdə olan mübarizəyə qarşı səfərbər olmağın vaxtıdır. Döyüşən tərəflərə üz tutub deyirəm: Hücumlardan geri çəkilin. Etibarsızlığı və düşmənçiliyi kənara qoyun. Silahları susdurun, artilleriyanı dayandırın, hava hücumlarını bitirin”,-deyə bəyanatda vurğulanmışdı. Heç şübhəsiz, beynəlxalq təhlükəsizlik məsələsi və qlobal problem olan pandemiya şəraitində Ermənistanın təxribatçı əməllərini davam etdirərək atəşkəsi dəfələrlə pozması beynəlxalq hüquq normalarının, humanizm prinsiplərinin heçə sayılması ilə yanaşı, BMT-nin Baş katibi Antonio Quterreşin məlum bəyanatına sayğısız və etinasız münasibətin əyani göstəricisidir.

BMT-nin məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Sesilia Jimenez-Damari COVID-19-la bağlı 1 Aprel 2020-ci il tarixdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi internet səhifəsində yayımlanmış xüsusi bəyanatında pandemiya dövründə qaçqınların tibbi müayinə, su, sanitariya, qida və lazımi yaşayış şəraiti ilə təmin olunmaq baxımından məhdudiyyətlərlə üzləşmə və ayrı-seçkiliyə məruz qalmaq riskinin olduğunu vurğulamışdır. Bu məqam diqqətə alınaraq xüsusilə qeyd olunmalıdır ki, hazırda münaqişə zonasına yaxın yaşayış məntəqələrində pandemiya səbəbindən həyat şərtləri daha da ağırlaşıb. Belə ki, həmin ərazilərdə yaşayan insanların təmiz su ilə təmin olunması, dolayısıyla, onların gigiyena və sanitar xidmətlərə əlçatanlığı risk altındadır. Avropa Şurasının Parlament Assambleyasının 2016-cı ildə qəbul etdiyi 2085 saylı qətnamədə işğal olunmuş ərazilərdə və bu ərazilərə qonşu rayonlarda yaşayan əhalini təmiz su ilə təmin edən işğal olunmuş ərazidə yerləşən Sərsəng Su anbarının baxımsız vəziyyətdə olmasının insan həyatı üçün təhlükə yaratdığı və ciddi fəlakətlərə yol açacağı vuğulanır. Təəssüflə qeyd olunmalıdır ki, işğal faktının fonunda Sərsəng Su anbarının baxımsız vəziyyətdə olması həmin ərazilərdə yaşayan soydaşlarımızın həyat və sağlamlığını pandemiya dövründə daha böyük risk altına salmışdır.

Xatırlatmaq vacibdir ki, Ermənistan hökümətinin BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrini və ümumilikdə, beynəlxalq hüququn tələblərini heçə sayaraq işğalçılıq siyasətini davam etdirməsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonu hələ də işğal altındadır. Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların fundamental hüquqları kütləvi şəkildə kobudcasına pozulmuşdur. Təcavüz nəticəsində, həmçinin 20 mindən artıq günahsız insan, o cümlədən uşaqlar, qadınlar və qocalar xüsusi qəddarlıqla qətlə yetirilmiş, minlərlə insan girov götürülərək işgəncələrə məruz qalmışlar. 

Qeyd etmək istərdik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri vəziyyəti məhz "hərbi işğal” kimi müəyyən etmiş, Avropa İnsan Hüquqları Məhkəməsi isə "Çıraqov və başqaları Ermənistana qarşı” işi  üzrə verdiyi qərarda işğal edilmiş ərazilərimizə effektiv nəzarətin məhz Ermənistan Respublikası tərəfindən həyata keçirildiyini təsbit etmişdir. Eyni zamanda, Avropa İttifaqı və Avropa Şurası tərəfindən qəbul olunmuş qətnamə, qərar və tövsiyələrdə Azərbaycan torpaqlarının işğal olunması və həmin ərazilərə separatçı qüvvələrin nəzarət etməsi faktları təsbit olunmuşdur.

Bunlarla yanaşı, dünyanın COVID-19 infeksiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Ermənistan tərəfindən qeyri-qanuni "seçkilər”in və qondarma "andiçmə” şousunun təşkili də bu ölkənin işğalçı siyasətinin və separatizmə dəstək xarakterli destruktiv mövqeyinin növbəti bariz nümunəsi, beynəlxalq hüquq normalarının kobud surətdə pozulması faktıdır. Qondarma "seçkilər” Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir, hər hansı bir hüquqi qüvvəsi yoxdur və beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə və birmənalı olaraq rədd edilib. 

Dünya ictimaiyyətini, xüsusilə də nüfuzlu beynəlxalq qurumları respublikamızın BMT tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunması, Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə layiqli hüquqi qiymət verilməsi və beynəlxalq hüquq normalarının pozulmasının qarşısının alınması, eləcə də Dağlıq Qarabağ münaqişəsi nəticəsində soydaşlarımızın pozulmuş fundamental hüquq və azadlıqlarının bərpası istiqamətində müvafiq səylərlə çıxış etməyə -  zəruri addımlar atmağa və təxriəsalınmaz tədbirlər görməyə çağırıram".

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo