13:26, 17 Oktyabr 2020 (Şənbə) 92

Ombudsman: “Təəssuf ki, dünyada bu terrora münasibətdə ikili standartlar mövcuddur”

Ombudsman: “Təəssuf ki, dünyada bu terrora münasibətdə ikili standartlar mövcuddur”
"Milli İnsan Hüquqları institutlarının Qlobal Alyansına, onların Avropada yerləşən şəbəkəsinə, Asiya, Avropa Ombudsmanlar institutlarına ermənilərin vəhşilikləri ilə bağlı mütəmadi məlumatlar veririk. Amma, təəssuf ki, dünyada bu terrora münasibətdə ikili standartlar mövcuddur" – oktyabrın 17-də ombudsman Səbinə Əliyeva jurnalistlərə açıqlamasında belə deyib.

O, Ermənistanın Gəncəni atəşə tutmasının bütün beynəlxalq hüquq normalarına zidd olduğunu da xatırladıb.
 
Oktyabrın 16-dan 17-nə keçən gecə Gəncə şəhəri Ermənistan ordusu tərəfindən raket atəşinə tutulub. Son məlumatlara görə, 13 mülki şəxs həlak olub, 52 nəfər yaralanıb. Axtarış-xilasetmə işləri davam edir.