15:49, 26 Oktyabr 2020 (Bazar ertəsi) 260

Pakistan Fransaya nota verdi

Pakistan Fransaya nota verdi
Emmanuel Makronun islamla bağlı ifadələrinə görə Pakistan Fransaya nota verib. Anadolu Agentliyi xəbər verir ki, nota 26 oktyabrda Fransanın Pakistandakı səfirinə təqdim edilib. 

Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi BMT-ni Fransanın davranışlarına diqqət yetirməyə çağırıb. Qureyşi deyib ki, Makronun məsuliyyətsiz bəyanatları radikalizmi və dinlərarası münaqişəni daha da qızışdırır. 

Nazir milyonlarla müsəlmanın hissləriylə oynamağa heç kimin haqqının olmadığını vurğulayıb. 

Oktyabr ayınının əvvəlindəki çıxışlarının birində Fransa prezidenti İslamı "böhranda olan" din adlandırmış və ölkəsində Məhəmməd peyğəmbərin karikaturalarının çəkilməsinə maneə törədilməyəcəyini demişdi. Makronun islam dini ilə bağlı mövqeyini Türkiyə, İran, Pakistan və bəzi ərəb ölkələri tənqid ediblər.