İqtisadiyyat

"Pandemiya iqtisadiyyatla bağlı hakimiyyətin mövqeyini ortaya qoydu"

14 Aprel, 2020
822
Koronavirus pandemiyasının bütün dünyanı öz ağuşuna alması Azərbaycanın da önləyici addımlar atmasını zəruri edib. 

Bəs bu addımlar qaneedicidirmi? 

Toplum Tv bununla bağlı ölkənin ictimai-siyasi həyatında fəal olan şəxslərə üz tutub.

Arif Hacılı: "Maddi çətinlikləri olan ailələrin qayğısına qalmaq üçün hansısa addımlar atılmalıdır"
 


Müsavat Partiyasının sədri Arif Hacılı təəssüflənir ki, bu tədbirlər yalnız qadağalardan ibarətdir: "Vətəndaşların evdə qaldığı dövrdə sosial təminatın həyata keçirilməsi istiqamətində atılan addımlar əslində yalnız təbliğat xarakteri daşıyır. Hələlik həm işsizlər, eyni zamanda məşğulluq idarəsində qeydiyyata alınmamiş və işsiz kimi qeydiyyata alınan 200 mindən daha çox olan şəxslərə hər hansı yardım edilməyib. Təbii ki, vətəndaşların işləmədiyi şəraitdə onlara sosial yardımın edilməməsi, eyni zamanda orta və kiçik biznesin xilas edilməməsi istiqamətində addımların atılmaması ölkədə ciddi humanitar problemlər yaradacaq, iqtisadiyyat üçün çox ağır itkilər olacaq. Hakimiyyət ilk növbədə vətəndaşların qayğısına qalmalıdır. Maddi çətinlikləri olan ailələrin qayğısına qalmaq üçün hansısa addımlar atılmalıdır. Açıq-aydın görünür ki, hakimiyyət bu işlərlə məşğul deyil. Xoşbəxtlikdən Azərbaycan cəmiyyəti özü təşkilatlanaraq tanıdığı insanlara yardım edir. Ancaq hakimiyyət öz üzərinə düşən vəzifələrin öhdəsindən gəlmir". 

"Vətəndaşlara pulsuz maska paylanması, eyni zamanda normal yaşayışın təmin edilməsi üçün maddi dəstəyin verilməsi, xüsusilə ağır şəraitdə yaşayan, yoxsulluq həddində olan adamlara kömək edilməsi istiqamətində atdığı ciddi addım yoxdur", - partiya başqanı vurğulayıb.

Qubad İbadoğlu: "Bu pandemiya həm də iqtisadiyyata münasibətdə hakimiyyətin mövqeyini ortaya qoydu"
 


Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) rəhbəri, iqtisadçı Qubad İbadoğlu deyir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlardan beynəlxalq təşkilatlar da istifadə edir. 

"Worldometers.info" saytının məlumatına görə, tez seçilən ölkələr arasında Azərbaycanın mövqeyi pis görünmir: "Ölkəmiz Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında yalnız Rusiyadan geri qalır. 10.04.2020 tarixində Azərbaycanda hər 1 milyon nəfərə görə 6050 nəfər test olunub və yoluxanların sayı 1148 nəfərdir. Yəni hər 1 milyon nəfərə düşən testlərin sayında da ölkəmiz digər qonşu respublikalardan yaxşı görsənir. Türkiyədə 1 milyon nəfərə 3643, Qazaxıstanda 3300, İranda 2288, Ermənistanda 2052, Gürcüstanda 820, Ukraynada 538 test düşdüyünə rəğmən bu Azərbaycanda daha çoxdur. Rusiya da isə 7469-dur".

İqtisadçı deyir ki, əgər biz Operativ Qərargahın məlumatına inansaq, onda həm yoluxanların, həm də 1 milyon nəfərə düşən testlərin sayına görə Azərbaycan qonşu respublikalarla müqayisədə daha yaxşıdır: "İndiki karantin rejimi, "evdə qal”  kampaniyasi, məktəblərin bağlanması, metroların dayanması, eyni zamanda yarmarkaların, "mall" ların, bazarların qapanması ictimai təzyiq və təsir vasitəsi ilə olsa da, hakimiyyət tərəfindən həyata keçirildi. Təbii ki, bəzi geriləmələr var. Məsələn, hakimiyyət vaxtında metronu bağlamadi, eyni zamanda İranla sərhəddi bağlasa idi, indi Azərbaycanda daha yaxşı vəziyyət olardı".
 
"Bu pandemiya həm də iqtisadiyyata münasibətdə hakimiyyətin mövqeyini ortaya qoydu. Çünki indiki halda Beynəlxalq Valyuta Fondu da elan etdi ki, iqtisadiyyat olmasa, insan da olmaz. Ona görə də iqtisadiyyatı da qoruyub, dəstəkləmək lazımdır. İqtisadiyyat həm insanlardan, həm də şirkətlərdən ibarətdir. Onların hər ikisi iqtisadi agentlərdir", - Qubad İbadoğlu bildirib.

Azərbaycan başqa ölkələrlə müqayisədə biznesə az maliyyə ayıran ölkələr sırasındadır. Ölkədə adambaşına ayrılan paket cəmi 60 dollar edir və Ümumi Daxili Məhsulda (ÜDM) bu paketin çəkisi 1,3 faizdir. Rusiyada bu paket 10%, Qazaxıstanda 6%, İsveçrədə 5%-ə yaxındır. Hətta Avstraliya ÜDM-in 62,1% qədər məhsul ayırıb. 

Hərəkat sədri hesab edir ki, koronavirusla mübarizədə narahatedici problemlər var. Polislər özləri yoluxdurucu vasitəyə çevrilə bilərlər, çünki onlar gün ərzində dəfələrlə insanlarla təmasda olurlar.

Əhalinin mağazaya, aptekə getdiyini nəzərə alaraq, əhali ilə kassirlər arasında arakəsmələrin yaradılmalıdır. Ən vacib məsələlərdən biri hazırda ölkənin strateji olaraq ərzağa və koronavirusla mübarizəyə istiqamətlənən tibbi avadanlıqlara, dərman preparatlarına və başqa materialların Azərbaycana idxalına müddətli olaraq Əlavə Dəyər Vergisindən və Gömrük rüsumundan azad edilə bilər. 

"Eyni zamanda əhalinin vacib ehtiyaclarından biri onların sosial ehtiyaclarının qarşılanmasıdır. Xüsusilə də aztəminatlı təbəqənin bu ehtiyaclarını həll etmək üçün hər bir vətəndaşa 18 yaşından yuxarı və aşağı olmaqla nağd transferlər həyata keçirməsinə ehtiyac var. Təklif edirəm ki, 18 yaşından aşağı olanlar üçün 125 manat, 18 yaşından yuxarı olanlar üçün isə 250 manat ödəniş olsun. Təbii ki, bu da müddətli xarakter daşısın və ən azı 3 ay ərzində həyata keçirilsin. Biznesi qoruyub saxlamaq çox vacibdir. Çünki pandemiya nə vaxtsa bitəcək, amma iqtisadiyyatın dirçəlməsi biznesin böhran dövründə necə kompensasiya olmasından asılıdır. Əgər işçiləri kompensasiya edib onu dövlət dəstəyi ilə qoruya bilsək, pulsuz pandemiya dövründə Azərbaycan iqtisadiyyatını daha da dirçəltmək olar. Ona görə də hakimiyyət bunu nəzərə almalıdır. Xüsusilə də kiçik biznesə dövlət dəstəyini əsirgəməməlidir. Vətəndaşların ən böyük narahatlıqları kommunal və kredit borclardır. Vətəndaşları müddətli olaraq kommunal və kredit  borclarından azad etməlidir. Bu barədə hakimiyyət banklara tövsiyə verməlidir. Eyni zamanda dövlət şirkətlərini bu hallar üçün fəaliyyətini tənzimlənməsinə ehtiyac var", – Qubad İbadoğlu deyib.

Ruslan İzzətli: "İnsanların evdə qalması üçün atılan addımların sosial təminatı olmalıdır"
 


"Biz ən başından onun tərəfində olmuşuq ki, hansı addımlar gərəkirsə, atılmalıdır. İndiki zamanda həm ölkəmizdə, həm də dünyada sınaqdan keçirilmiş metod insanların izolyasiya olması və evdə qalmasıdır. Amma bu addımlar atılanda hüquqa söykənməlidir və əhalinin sosial təminatı olmalıdır. Hazırkı "SMS" məsələsi hüquqa söykənmir və Konstitusiyanın pozulmasıdır".

Bu sözləri D18 Hərəkatının sədri Ruslan İzzətli deyib. 

Onun sözlərinə görə, Azərbaycan Respublikasını Konstitusiya 28-ci maddəsinə görə hər bir Azərbaycan vətəndaşının hərəkət sahəsi sərbəstdir: "Yalnız 112-ci və 18-ci maddə onda məhdudlaşdırıla bilər ki, ölkədə fövqəladə vəziyyət elan olunsun. Faktiki fövqəladə vəziyyətdir, amma rəsmən elan edilmir. Çünki fövqəladə vəziyyət elan edilsə, bir çox öhdəlik var ki, onu etməlidirlər. "Nə baş verir?" Karantin elan edir, insanlara çölə çıxmaq üçün saatla icazə verir. Bir qrup insanlara da 190 manat müavinət verir, sanki bir humanist addım atır. Əgər atacağın addımın hüquqi tərəfi yoxdursa, burada bir hüququn pozulmasına imza atırsan. Çünki biz hüququn pozulmamasının tərəfdarıyıq". 

"Ölkədə nə baş verirsə versin, hüquq tapdanmamalıdır. İnsanların evdə qalması üçün atılan addımların sosial təminatı olmalıdır. İnsanlar üçün "evdə qal, virusdan qorun” şüarı o zaman effektiv olacaq ki, evdə qalıb acından ölməsinlər. Çox təəssüf ki, hökumətin bu barədə atdığı addım kifayət deyil. Vəziyyət ağırdır. 5-10 nəfərin insanlara ərzaq verib, sonra da etdiklərini çəkib sosial şəbəkələrdə yayması şəxsən bir vətəndaş olaraq mənim qüruruma toxunur. Azərbaycanın təbii sərvətləri, büdcəsi və 30 ildir ölkəni idarə edən bir zehniyyəti var. Zəhmət çəkib vətəndaşa sahib çıxsın", - Ruslan İzzətli bildirib

Şəmsiyyə İbişova

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo