12:21, 30 İyun 2020 (Çərşənbə axşamı) 253

Parlamentin növbədənkənar sessiyası başa çatıb

Parlamentin növbədənkənar sessiyası başa çatıb
Parlamentin növbədənkənar sessiyası işini yekunlaşdırıb.

"Report” xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən növbədənkənar sessiyanın sonuncu plenar iclasında 7 məsələ müzakirə olunub.

İclas Azərbaycanın Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.

Parlamentin növbədənkənar xüsusi sessiyası çərçivəsində 8 plenar iclas keçirilib. Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasları iyunun 1, 2, 5, 12, 19, 25, 29 və 30-da keçirilib.