12:27, 02 İyun 2020 (Çərşənbə axşamı) 143

Parlamentin növbədənkənar sessiyasının növbəti iclası nə vaxt keçiriləcək?

Parlamentin növbədənkənar sessiyasının növbəti iclası nə vaxt keçiriləcək?
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası iyun ayının 5-də keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib. 

Sahibə Qafarova qeyd edib ki, bu gün cari məsələlərin müzakirəsi üçün yazılan 20 deputatın siyahısı saxlanılacaq və növbəti iclasda onlara söz veriləcək.