14:44, 16 Oktyabr 2020 (Cümə) 172

Prezident Administrasiyasından Naxçıvana atılan raketə reaksiya

Prezident Administrasiyasından Naxçıvana atılan raketə reaksiya
Hikmət Hacıyev: "Ermənistan münaqişənin coğrafiyasını genişləndirməyə çalışır"

"Ermənistan Naxçıvanın Ordubad rayonuna raket hücumu edib. Bu, Ermənistanın bütün yollarla münaqişənin coğrafiyasını genişləndirməyə çalışdığına dəlalət edir”.

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "twitter" hesabında yazıb.

"Döyüş bölgəsinin xaricində Azərbaycan şəhərlərinə raket zərbələri endirilir. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür”, - o qeyd edib.