14:46, 25 Sentyabr 2020 (Cümə) 100

Prezident: "Ermənistanın artmaqda olan silah təchizatından ciddi narahatıq"

Prezident:
Prezident İlham Əliyev dünən BMT Baş Assembleyasının ümumi debatlarında çıxış edib

O, Ermənistanın artmaqda olan ailah təchizatından ciddi narahatlığını ifadə edib.

Prezident bildirib ki, bu narahatlıq Tovuz hadisələrindən sonra xüsusilə artıb: " İyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq". 

Onun qənaətincə, Ermənistan dünyanın ən yoxsul ölkələrindən biri olduğundan silahlar ölkəyə pulsuz verilir. 

İlham Əliyev bütün ölkələri Ermənistanı silahla təchiz etməkdən çəkinməyə çağırıb. 

Şəbnəm Adil