12:29, 06 Dekabr 2019 (Cümə) 131

Prokuror Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərə cəza istəyib

Prokuror Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərə cəza istəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada terror təşkilatına qoşulmaqda, cinayətkar birlik yaratmaqda təqsirləndirilən Bilal İsmayılov və Əfqan Aslanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın verdiyi məlumata görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Prokuror Əfqan Aslanov və Bilal İsmayılovun 10 il müddətibə azadlıqdan məhrum edilmələrini istəyib.

Məhkəmə prosesi gələn həftə davam etdiriləcək.

Təqsirləndirilən şəxslər 2013-cü ildə Türkiyəyə, oradan da Suriyaya keçərək silahlı qruplaşmaların tərkibində döyüşüblər. Onlar 2014-cü ildə Azərbaycana qayıdıblar.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlik (təşkilat) yaratma, cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddəsi ilə ittiham verilib.