Siyasət

Psixoloq: “Qarabağ savaşında valideynlərini itirmiş uşaqlara təcili psixoloji yardım göstərilməlidir”

29 Oktyabr, 2020
572
Bombalanan Gəncə. Uçulub-dağılan evlər. Valideynlərini itirmiş uşaqlar.

3 yaşlı Xədicə Şahnəzərli oktyabrın 11-də - Gəncə 2-ci dəfə Ermənistan hərbi birləşmələri tərəfindən raket atəşinə tutulanda bütün ailə üzvlərini itirib. İndi o, ana nənəsinin himayəsində yaşayır.
 
Ata nənəsi Təzəgül Şahnəzərli Xədicənin vəziyyətindən narahatdır, deyir ki, qızcığaz hadisə zamanı ciddi tramva alıb.
Onun sözlərinə görə, həmin gün gəlini, oğlu və 1 yaşlı nəvəsi həlak olub, ailədən yalnız bir nəfər - 3 yaşlı Xədicə sağ qalıb. 
Xədicəni doğmalarının yadigarı hesab edən nənələr ona qəyyumluq etməklə bağlı aralarında yaranmış mübahisəni həll etmək üşün məhkəməyə müraciət ediblər.
 
Ard-arda 3 dəfə raket atəşinə məruz qalmış Gəncədə valideynlərini itirmiş neçə uşaq var? Onların taleyi necə olacaq, onları kim himayə edəcək? Hakimiyyət bu istiqamətdə hansısa addımlar atırmı?  
 
Xədicənin nənəsi "Toplum TV”-yə danışır ki, hadisədən bir qədər sonra Gəncə İcra Hakimiyyətinin nümayəndəsi ailəyə baş çəkib, onlara hər cür yardım olunacağını deyib.
 
Onun sözlərinə görə, SOS Uşaq Kəndinin təşkilatçılığı ilə Xədicə Bakı şəhərində müayinə olunub.

Gəncə Şəhər İcra Hakimiyyəti evləri tamamilə dağılmış və ya zərər görmüş 100-dən çox ailənin müvəqqəti yaşayış yerilə təmin edildiyini bildirir.
İcra Hakimiyyətinin mətbuat xidmətindən "Toplum TV”-yə verilən məlumata görə, zəruri eytiyaclarının qarşılanması üçün həmin sakinlərə maddi yardım göstərilir və ya istəklərinə görə onlar gündəlik tələbat malları, eləcə də geyimlərlə təmin olunurlar; uşaq və yeniyetmələrin hər birinə YAP tərəfindən 300 manat aylıq təqaüd təyin edilib, təqaüdün ödənilməsi onlar yetkinlik yaşına çatana qədər davam edəcək. 

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq məsləhətçisi Tural Hüseynzadə "Toplum TV”-yə deyib ki, qurum hadisədən zərər çəkən ailələri, o cümlədən ailə üzvlərini itirmiş uşaqları nəzarətdə saxlayır: "Komitə bütün münaqişə zonalarındakı ailələri ziyarət edib, yerli icra hakimiyyəti orqanları vasitəsilə uşaqların vəziyyətini öyrənməyə davam edir, qohumlarla münasibətlərdə prosedurlara uyğunsuzluq olan hallara müdaxilə edir”.

T.Hüseynzadə Xədicəylə də vaxtaşırı maraqlandıqlarını bildirib: "Ən yaxın qohumlarının yaşam şəraiti, uşağın emosional bağlılığı, psixoloji vəziyyəti xüsusi komisiyya  tərəfindən araşdırılacaq. Bütün hüquqi prosedurlardan sonra müəyyən olunacaq ki, uşaq kiminlə yaşayacaq və ya onun qəyyumu olmağa daha çox hansı tərəf layiqdir”.

Hüquqşünas həmçinin qeyd edib ki, qəyyumluq müəyyənləşdikdən sonra, uşağın ehtiyaclarını ödəmək üçün və ona qulluğa görə həmin ailəyə müəyyən miqdarda vəsait ayrılacaq, qəyyumluğa verildikdən sonrakı həyat tərzi mütəmadi monitorinq olunacaq.
 
Psixoloq Fuad Əsədovsa raket zərbələri nəticəsində yaranmış ailə faciələrini "Toplum TV”-yə belə şərh edib:"Ümumiyyətlə, müharibə xəbərləri, savaş görüntüləri uşaqların psixologiyasına zərər vurur. Bəzən sadəcə müharibə şəkilləri belə uşaqların psixoloji travma almasına kifayət edir. İndi görün, bu hadisələri yaşayan uşaqlara nələr çəkirlər”. 

F.Əsədov qeyd edib ki, bu cür hadisələr uşaqlarda postravmatik stress yaradır: 
 
"Hər kiçik səsdən qorxurlar, yuxuları pozulur, o görüntülər gözlərinin qabağından getmir. Hardasa ayağımız ilişəndə, növbəti dəfələrdə ordan ehtiyatla keçirik. Bu uşaqlarınsa evləri başlarına uçub, valideynlərinin ya birini, ya da hər ikisini itiriblər. Bu onlar üçün artıq dünyadakı bütün rənglərin solması deməkdir”. 
 
Psixoloq həmin uşaqlara təcili psixoloji yardım edilməli olduğunu vurğulayıb: "Əks halda indiki travmalar ömürlük qalacaq”.
 
F.Əsədovun sözlərinə görə, onların onların danışmalarına, hisslərini ifadə etmələrinə şərait yaratmaq lazımdır:  "Hələ bilmirik ki, bu uşaqların gələcək təminatı necə olacaq. İndiki vəziyyətdə qohumlarının qəyyumluqla bağlı mübahisə etməsi onların özlərini tənha və ortalıqda qalmış kimi hiss etmələrinə səbəb olur. Bu uşaqlar bir də qohum aqressiyasından zərər görməməlidirlər. Mübahisəli vəziyyət varsa, yaxşı olar ki , bunu qohumlar uşaqlara bildirmədən, öz aralarında həll etsinlər. Ən doğrusu məsələylə bağlı hüquqi yardım almaqdır”.
 
Psixoloq hesab edir ki, zərər çəkən uşaqlar yetkinlik yaşına çatmayıblarsa, efirdə üzləri göstərilməməlidir.

Sentyabrın 27-də Qarabağda Azərbaycan-Ermənistan arasında başlamış döyüşlər davam etməkdədir. Ermənistan ordusu ayrı-ayrı vaxtlarda qeyri-cəbhə bölgələrini - Gəncə, Bərdə, Tərtər, Goranbay  şəhərlərini atəşə tutub, nəticədə 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb.
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi oktyabrın 28-də BMT-yə ünvanladığı müraciətdə erməni zorakılığından 36 uşağın zərər çəkdiyini, 11 uşağınsa həlak olduğunu bildirib.
 
Roza Məmmədova

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo