15:27, 12 Noyabr 2020 (Cümə axşamı) 110

Putin Dağlıq Qarabağla bağlı fərman imzaladı

Putin Dağlıq Qarabağla bağlı fərman imzaladı
Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda sülhün dəstəklənməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
 
Bu barədə Rusiyanın "TASS" İnformasiya Agentliyində yazılıb.
 
Məlumatda bildirilir ki, Rusiya Prezidenti ildə iki dəfədən az olmayaraq Dağlıq Qarabağdakı sülhməramlıların rotasiyasının keçirilməsi ilə bağlı Müdafiə Nazirliyinə tapşırıq verib.
 

Rusiya Prezidenti Dağlıq Qarabağda yerləşdirilən Rusiya sülhməramlı birləşmələrinə maliyyə dəstəyi ilə bağlı hökumətə tapşırıq verib.

Bu barədə Dağlıq Qarabağda sülhün dəstəklənməsi ilə bağlı tədbirlər haqqında Rusiya prezidenti Vladimir Putinin fərmanında bildirilib.
 
Məlumatda qeyd olunur ki, V.Putin hökumətə hərbi qulluqçuların maddi dəstəyinin təmin edilməsi və ailə üzvləri də daxil olmaqla əlavə zəmanət və təzminatların, nağd pul müavinətlərinin verilməsi, sülhməramlı qüvvələrinin fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı xərclər üçün maliyyənin təmin edilməsini tapşırıb.