14:19, 10 Avqust 2020 (Bazar ertəsi) 612

Putin Lukaşenkonu təbrik etdi

Putin Lukaşenkonu təbrik etdi
Rusiya prezidenti Vladimir Putin Aleksandr Lukaşenkonu yenidən Belarus prezidentliyinə seçilməsi münasibətilə təbrik edib.

Qaynarinfo xəbər verir ki, bu haqda Kremlin mətbuat xidmətindən verilən məlumatda deyilir. 

Rusiya lideri, Moskva ilə Minsk arasında qarşılıqlı faydalı əlaqələrin inkişafına güvəndiyini qeyd edib.

"İttifaq dövləti çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi Rusiya Federasiyası və Belarusun qardaş xalqlarının əsas maraqlarına cavab verir", - Rusiya lideri təbrik mesajında qeyd edib.