Dünya

Putin "Nobel"ə namizəd oldu

24 Sentyabr, 2020
522
Rusiya prezidenti Vladimir Putinin Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb.

Bu barədə rus yazıçı Sergey Komkov məlumat yayıb.

"RİA Novosti” xəbər verir ki, bunu Komkov "Rusiya prezidenti Vladimir Putinin 2021-ci ildə Nobel Sülh Mükafatına namizəd göstərilməsi” ilə bağlı keçirilən mətbuat konfransında deyib. 

O, namizədlik üçün müraciətlərin sentyabrda başlandığını və oktyabrda sona çatacağını bildirib. 

Onun sözlərinə görə, komitə marta qədər mürciətləri nəzərdən keçirəcək və mart-aprel aylarında təklifi göndərənlərə müraciətin qəbul edildiyi, baxıldığı və qeydiyyata alındığı barədə məlumat verəcək. 

Prezidentin mətbuat katibi Dmitri Peskov Putinin "Nobel”ə namizəd göstərilməsinə münasibət bildirib. 

"Bilirsiniz ki, bu mükafata müxtəlif insanların namizədliyi irəli sürülür. Bu, belə bir təkliflə çıxış edənlərin təşəbbüsüdür. Bu halda təşəbbüskar qeyd etdiyiniz yazıçıdır. Namizədlərə baxmağın müəyyən bir proseduru var. Qərar verilsə, çox gözəl olar. Verilməsə də, dəhşətli bir şey deyil. Burada başqa bir şey söyləmək çətindir”, - Peskov deyib. 

Vladimir Putin 1975-ci ildə Leninqrad Universitetini (universitetin yeni adı, Sankt-Peterburq Universiteti) beynəlxalq hüquq fakültəsini bitirib.

İlk dəfə 2000-2008-ci illər arasında Rusiya prezidenti vəzifəsini icra edib. 

O, 2000-2020 illər ərzində üç dəfə prezident seçilib. 

Hazırda Rusiya Federasiyasının prezidentidir.

Elməddin Şamilzadə

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo