Manşet

Putin Paşinyanı müdafiə etdi

18 Noyabr, 2020
526
Rusiya prezidenti Vladimir Putin noyabrın 17-də "Rossiya 24" telekanalına Dağlıq Qarabağ münaqişəsi barədə müsahibə verib. 

Müsahibə zamanı Putin bir çox maraqlı məqamlara aydınlıq gətirib. 

Rusiya prezidenti bildirib ki, Dağlıq Qarabağ münaqişəsi barədə əldə olunan razılığın ən əhəmiyyətli xüsusiyyəti odur ki, bölgədə qan tökülməsinin qarşısı alınıb, hazırda ən mühüm məsələ elə budur.

Azərbaycan tərəfi dəfələrdə Dağlıq Qarabağın statusunun artıq mövcud olmadığını bildirsə də, Putin Dağlıq Qarabağın statusundan danışıb və status məsələsinin "gələcəyə” qaldığını bəyan edib: 

"Dağlıq Qarabağın statusu problemi kimi bir problem mövcuddur. Qarabağın yekun statusu tənzimlənməyib. Biz razılığa gəlmişik ki, bugün üçün status-kvonu, mövcud vəziyyəti saxlayırıq. Sonrası nə olacaq – bunu gələcəkdə gələcək rəhbərlər, prosesin gələcək iştirakçıları həll edəcəklər. Mənim fikrimcə, əgər Ermənistan və Azərbaycan arasında əlaqələr bərpa olunarsa, insanlar arasında, xüsusilə də münaqişə bölgəsində məişət səviyyəsində münasibətlərin qurulması üçün normal həyat şəraiti yaradılarsa, bu, Qarabağın statusunun müəyyənləşməsi üçün də şərait yaradar”.

Rusiya lideri Şuşa şəhərinin necə Azərbaycan tərəfinə keçməsi barədə də danışıb. 

Prezidentin sözlərinə görə, Paşinyan onun təklifini qəbul etməyib, son nəticədə isə Şuşa Azərbaycan tərəfinin nəzarətinə keçib: "19-20 oktyabr tarixlərində mənim prezident Əliyevlə və baş nazir Paşinyanla telefon görüşlərim oldu. O zaman Azərbaycan hərbi qüvvələri Qarabağın cənub hissəsində müəyyən əraziləri nəzarət altına almışdılar. Onda mən prezident Əliyevi hərbi əməliyyatların dayandırılması məsələsinə inandıra bilmişdim. Burada mütləq şəkildə qaçqınların Şuşa şəhərinə qaytarılması məsələsi də gündəlikdə dururdu. Amma bizim Erməni partnyorlarımızın mövqeyi məni təəccübləndirdi. Onlar belə həll yolunun onlar üçün qəbuledilməz olduğunu dedilər. Baş nazir Paşinyan mənə birbaş dedi ki, burada o, Ermənistan və Dağlıq Qarabağ üçün təhlükə görür. Mənə indi də aydın deyil ki, söhbət hansı təhlükədən gedirdi, çünki  söhbət mülki vətəndaşların bizim sülhməramlıların da iştirakıyla Şuşa şəhəri daxil olmaqla, erməni tərəfinin nəzarət etdiyi ərazilərə qayıtmasından gedirdi. Sülhməramlılar məsələsini biz hələ o vaxt Azərbaycan və Ermənistanla razılaşdırmışdıq. Ermənistan baş naziri dedi ki, yox, biz buna gedə bilmərik, biz mübarizə aparacağıq, döyüşəcəyik. Ona görə də indi Paşinyanın ünvanına hansısa satqınlıqla əlaqədar səsləndirilən ittihamların heç bir əsası yoxdur. Razılaşmaya getməyin doğru olub-olmadığı başqa məsələdir, amma burada heç bir satqınçılıqdan söhbət gedə bilməz". 

Jurnalistin münaqişədə Türkiyənin rolu barədə sualına cavab verərkən Putin bildirib ki, Azərbaycan müstəqil dövlətdir və onun özünə müttəfiqlər seçmək haqqı var. 

"Heç kim, hətta Ermənistan da Qarabağın müstəqilliyini tanımayıb. Bu beynəlxalq hüquq baxımından nə mənaya gəlir? Azərbaycan özünün hesab etdiyi və elə dünya birliyinin də onunku hesab etdiyi əraziləri qaytarırdı. Bu işdə isə o özünə ona köməklik göstərən istənilən müttəfiqi seçə bilərdi”, - deyə Putin vurğulayıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Manşet

"Cənab prezident, sərhədləri açın, uşaqlarımıza kömək edə bilək"

1 Sentyabr 2022
Azərbaycanda  pandemiyaya görə tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Quru sərhədlərin bağlı qalması iki ildən çoxdur ki, davam edir. Hazırda insanlar ölkəni yalnız hava yolu ilə tərk edə bilirlər.       Rüxsarə Əliyeva "Toplum TV"-yə deyir ki, oğlu Məhəmmədi müalicə ilə bağlı İrana aparmalıdır. Amma maddi durumu və oğlunun təyyarəyə olan fobiyasına görə, artıq iki ildir ki, Bakıdan çıxa bilmirlər.   Məhəmməd ağır dərəcəli revmatizm-artiret xəstəliyindən əziyyət çəkir, sümük-oynaq problemlərinə görə, hərəkətində məhdudiyyətlər yaranıb.   "Demək olar ki, son 3-4 il ərzində oturub-durmağı çətinləşib. Sümük böyüdükcə, inkişaf etdikcə çətinlik də artır. Pilləkan çıxıb düşə bilmir, düz yolu mənim...
Manşet

Keçmiş MTN polkovniki  hökmü eşidəndə halı pisləşdi 

24 İyun 2022

e-huquq.az

İyunun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovniki, işdən uzaqlaşdırılandan sonra Lənkəran Dövlət Universitetinin prorektoru olmuş, sonradan bu işindən də kənarlaşdırılmış Bahadır Qocayevin məhkəməsi başa çatıb. Məhkəmə iclasına hakim İradə Həsənzadə sədrlik edirdi.  Ötən il Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi Bahadır Qocayev 70 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttihama görə, o, bir neçə il əvvəl Xaçmazın Seyidlər kəndindəki bağ evini borclu olduğu bir şəxsə borc əvəzi etibarnamə ilə verib. Həmin şəxs də evi Fazil Alıyev adlı digər şəxsə 60 min manata satıb. Bir müddət sonra Bahadır Qocayevin...

Seçilmiş Videolar

Toplum TV loqo