10:00, 12 Yanvar 2020 (Bazar) 99

Putin və Ərdoğan Liviyadakı vəziyyəti müzakirə ediblər

Putin və Ərdoğan Liviyadakı vəziyyəti müzakirə ediblər


/ DÜNYA
Rusiya və Türkiyə prezidentləri - Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Liviyadakı vəziyyəti müzakirə ediblər.

Bu barədə məlumat Kremlin saytında yerləşdirilib.

Telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Tərəflər hər iki ölkənin Liviya münaqişəsinin siyasi həlli prosesinin irəliləməsi üçün hərtərəfli yardım etmək istəyini təsdiq ediblər.

Putin Ərdoğana Almaniyanın Federal Kansleri Angela Merkellə aparılan danışıqlar barədə məlumat verib.