10:15, 22 Yanvar 2020 (Çərşənbə) 177

Putin yeni hökuməti təsdiq etdi

Putin yeni hökuməti təsdiq etdi


/ DÜNYA
Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı yeni hökumətini təsdiqlədi. O, çox sayda veteran və yüksək səviyyəli nazirləri tutduqları vəzifələrində saxlasa da, yeni iqtisadiyyat naziri və baş nazir müavini təyin etdi.

AmerikanınSəsi xəbər verir ki, yeni hökumət Putin baş nazir Dmitri Medvedevin hökümətlə birgə istefa verməsinə səbəb olan siyasi sistemdə dəyişiklikləri ortaya qoyduqdan bir həftə sonra yarandı.

Putin yeni baş nazir vəzifəsinə demək olar heç bir siyasi profili olmayan 53 yaşlı Mixail Mişustini seçib.
 
Putin çərşənbə axşamı yeni hökumətin tərkibini təsdiqlədi. O, 2013-cü ildən bəri iqtisadiyyat üzrə müşaviri olan Andrey Belousovu 2018-ci ilin mayından bəri baş nazir müavini rolunu icra edən Anton Siluanovun yerinə təyin etdi.

Bundan əlavə o, keçmiş regional qubernator olan Maksim Reşetnikovu Maksim Oreşkinlə əvəz edərək, ölkənin yeni iqtisadiyyat naziri vəzifəsinə təyin etdi.

Kremlin verdiyi məlumata görə, Rusiyanın maliyyə naziri Anton Siluanov, energetika naziri Aleksandr Novak, kənd təsərrüfatı naziri Dmitri Patruşev, müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrov vəzifələrini icra etməyə davam edəcəklər.