Sosial

Qaçaqmalçılıqda ittiham olunan şirkət koronavirus laboratoriyasını ləvazimatlarla təmin edir?

4 İyul, 2020
1066
"Fuad-Kimya-Servis” MMC-yə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qanunsuz sahibkarlıq və qaçaqmalçılıq maddələri ilə cinayət işi açılıbmış...

Mart ayında Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi laboratoriya vasitələri və digər materialların alınmasına 9 milyon 634,493 min manat vəsait ayırıb.  

Müalicə-profilaktika müəssisələri üçün zəruri diaqnostika, laboratoriya vasitələri və digər tibbi material və ləvazimatların alınması haqqında 4 müqavilədən biri "Fuad-Kimya-Servis” MMC ilə bağlanıb. Müqavilənin dəyəri 2 milyon 382,143 min manat təşkil etdiyi bildirilir.

"Fuad-Kimya-Servis” MMC-nin dövlət reyestri məlumatlarında hüquqi ünvanı AZ5001, Sumqayıt şəhəri, 9 mkr, ev 29/27, m. 23 göstərilib.Məlumatlarda nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisinin Bağırov Bağır Ağakərim oğlu olduğu qeyd edilib.

Rəsmi məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 23 oktyabr 2019-cu ildə keçirdiyi əməliyyat çərçivəsində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 1A ünvanında yerləşən "Fuad-Kimya-Servis” MMC-yə məxsus yuyucu tozların istehsalının həyata keçirildiyi sexə baxış keçirilib. 

Üzərlərinə ”Calgon”, "Comet”, "ACE”, "Domestos” yuyucu tozların və mayelərin adı yazılmış və həmin malların qablaşdırılmasında istifadə olunan karton materiallar, etiketlər, üzlüklər və boş polietilen paketlər aşkar edilərək götürülüb.

Məhkəmə fiziki-kimyəvi və sənədlərin texniki ekspertizasının rəyi ilə qeyd edilən kimyəvi-təmizləyici maddələrin tərkibinə, keyfiyyət göstəricilərinə görə müvafiq standartların tələbərinə uyğun gəlmədiyi qənaətinə gəlib. Həmçinin ölçülərin, çəkilərin qablaşdırmaların üzərindəki qeyd edilən ölçü və çəkilərlə eynilik təşkil etməməsi müəyyən edilib.

Faktlarla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 197.1 (əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanıb.

Həmin ilin dekabr ayında - 27.12.2019-cu il tarixində MMC "Şahdağ Turizm Mərkəzi" tərəfindən keçirilən tenderdə qalib gəlib. 115049.32 AZN dəyərində olan layihədə şirkət turizm mərkəzini çamaşırxana üçün kimyəvi vasitələri ilə təmin edəcək.

Bundan başqa, "Azergold” QSC-nin 14.02.2020 tarixli "İstehsalat üçün kimyəvi maddələrin satın alınması”  tenderi -390521.12 AZN dəyərində Dövlət Sərhəd Xidmətinin(DSX) 21.04.2020-ci il tarixli "Təmizlik və yuyunma vasitələri” tenderi- 203443.68 AZN məbləğində "Azərsu” ASC-nin 3 mart 2020-ci ildə keçirdiyi tenderdə də"Fuad-Kimya-Servis” MMC qalib elan olunub. 

Qalib şirkət "Azərsu” ASC-nin "Sukanal ET və Lİ” laboratoriyası üçün tələb olunan 113907.9 manatlıq reaktiv və avadanlıqların satın alınmasını həyata keçirəcək.

4 iyun 2020-ci il tarixində "Azərsu”nun keçirdiyi daha bir tenderdə yenə "Fuad-Kimya-Servis” MMC qalib olub. 640152.73 AZN dəyərində olan budəfəki layihə üzrə şirkət "Azərsu” ASC-ni kimyəvi reagentlər və mal-materialları ilə təmin edəcək.

Vüsalə Mikayıl

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo