13:37, 11 Dekabr 2019 (Çərşənbə) 245

Qanunsuz yolla zərgərlik məmulatı gətirənlərin qarşısı alınıb

Qanunsuz yolla zərgərlik məmulatı gətirənlərin qarşısı alınıb
Ölkə ərazisinə qanunsuz yolla zərgərlik məmulatının gətirilməsi cəhdinin qarşısı alınıb. 

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə "Bagtyyar" gəmisi ilə bağlı məlumat daxil olub.

Məlumatda bildirilib ki, "Bagtyyar" gəmisi ilə Azərbaycana gələn sərnişin Gülnar Niyazmamedovanın əl çantalarında gömrük nəzarətindən gizlədilən zərgərlik məmulatlar var.

"Gömrük baxışı zamanı, həqiqətən də, həmin şəxsin əl çantalarında gömrük nəzarətindən gizlədilən və aşkarlanmanı çətinləşdirən üsuldan istifadə etməklə qablaşdırılan 15 ədəd boyunbağı, 14 ədəd qolbaq, 37 cüt sırğa, 86 ədəd üzük və 3 ədəd kulondan ibarət olmaqla, cəmi 2 kq 400 qram gümüş məmulatları aşkar edilib”, - deyə məlumatda vurğulanır.
 



 
 
Elmar Əziz