13:53, 13 Noyabr 2020 (Cümə) 91

Qarabağ ermənilərinin çoxu Rusiyaya köçmək istəyir

Qarabağ ermənilərinin çoxu Rusiyaya köçmək istəyir


/ DÜNYA
Əksər Qarabağ erməniləri bir daha qayıtmamaq şərtiylə Rusiyaya emiqrasiya etmək istəyirlər. Bu sözləri 12 noyabrda "zham.am" saytına müsahibəsində politoloq Stepan Danielyan deyib. 

Danielyanın sözlərinə görə, mövcud şərtlərdə bu insanların problemləriylə məşğul olacaq, Dağlıq Qarabağda təhlükəsizliyin təmin olunması üçün Rusiyayla işləyəcək və əhalinin qayıdışı məsələsini yoluna qoyacaq xüsusi dövlət komitələri yaradılmalıdır. 

"Bəs biz nə görürük? Məğlublar ancaq öz kreslolarını qorumaq barədə düşünürlər. Biz bir daha bərpa edilməyəcək genofondumuzu, 
ərazilərimizi itiririk. Bunu necə izah etmək olar? Biz köhnə ilə yeninin diskursunu, kimin talan etməsiylə bağlı diskursu görürük. Halbuki əsl talançılıq indi baş verir: ərazilər, milli zənginlik, genofond, təhlükəsizlik əldən çıxır... "Mənim addımım" (Nikol Paşinyanın başçılıq etdiyi hökumət partiyası-red) partiyasını doldurmaq üçün onlar bu qədər murdar məxluqu hardan tapıblar?" - Danielyan deyib. 

Ermənistan hakimiyyətinin məlumatına görə, Qarabağda sentyabrın 27-də hərbi əməliyyatlar başlayandan sonra, bölgədən 90 min nəfər gedib.